Azərbaycanın xaricdə 66 dövlət mülkiyyəti var

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olan 9 547 ədəd və 25 859,15 min m2 torpaq sahəsindən 2024-cü ildə 33-ü və 255,35 min m2 -i (1 %-i) özəlləşdirilib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Ümumiyyətlə, bu ilin əvvəlinə Dövlət Xidmətinin sərəncamında balans üzrə əsas vəsaitlərinin dəyəri 430 milyon manat təşkil edən dövlət müəssisə və obyektləri, nizamnamə kapitalı ümumilikdə 135,6 milyon manat təşkil edən 73 səhmdar cəmiyyətinin 115,3 milyon manatlıq səhmi, dövlət müəssisələrinin iştirakı ilə yaradılmış…

Daha çox

Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada artan nüfuza malikdir. Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır. Əminəm ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur – Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir. Hörmətli İlham Heydər oğlu,…

Daha çox

“Moda sadəcə geyim deyil, bir ifadə formasıdır”

“Azərbaycanda moda sahəsi son illərdə sürətlə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında modelyer Səkinə Əliyeva deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə artıq hər kəsin özünəməxsus dəst-xətti formalaşmağa başlayıb: “Keçirilən nümayişlər və orada təqdim olunan geyimlər də bunu aydın şəkildə sübut edir. Bu yaxınlarda keçirilən Moda Həftəsi də bunun bariz nümunəsidir – tədbir yüksək səviyyədə təşkil olunmuşdu və təqdim olunan kolleksiyalar zövq oxşayırdı. Bəzi moda evlərində gənc modelyerlərin eskizləri əsasında hazırlanan geyimləri böyük maraq və məmnuniyyətlə izlədim. Bu, məni çox sevindirdi. Çünki artıq Azərbaycanda moda sənayesinin öz yerini tutmağa başladığını…

Daha çox

Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılmış vəsaitin 81 faizi xərclənib

Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılmış vəsaitin 81 faizi xərclənib. SİA xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, Fonda ayrılan 13,7 milyon manat vəsaitə qarşı icra 11,1 milyon manat təşkil edib. Sənəddə vurğulanıb ki, vəsaitin 1,7 milyon manatı Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi ilə bağlı xərclərə, 8,5 milyon manatı isə mənəvi dəyərlərin qorunmasını həyata keçirən…

Daha çox

Almaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. “Report” xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident. 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə mən və həyat yoldaşım Şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha aydın canlanaraq dərin iz saldı. İcazə verin, fürsətdən istifadə edərək Bakıda səmimi qəbula görə bir daha şəxsən Sizə və xanımınıza təşəkkürümü bildirim. Almaniya dövlətinin başçısının Azərbaycana bu ilk səfəri ölkələrimiz arasındakı sıx münasibətlərin əlamətidir. Mən ikitərəfli…

Daha çox

Yer üzündə İLK ADDIMLAR VƏ TARİXİ FAKTLAR

Əfsanələrə və miflərə görə, guya ilk dünya iqtisadiyyatını yaradanlar məhz finikiyalılar olublar. Maraqlıdır, ümumiyyətlə, həyatın başlanğıcında ilk söz belə hansı söz olub? Yaxud, bu söz hansı dildə olub və mənası nə olub? Həmin söz ilk dəfə nə vaxt və kim tərəfindən qeydə alınıb? Hər halda ilk addımlar, ilk ixtiralar və ilk tətbiqlə bağlı suallar bəşəriyyəti bu vaxta qədər və hal-hazırda da səbəbsiz yerə düşündürməyib. Livandakı Sarkofaqda unikal kitabə Xatırladaqki, Livan “dünya əlifbasının doğulduğu yer” adlandırılır və bu heç də təsadüfi deyil. Beyrut muzeyi də onun mənşəyinə işıq sala biləcək bir…

Daha çox

Beynəlxalq fəaliyyət üzrə nəzərdə tutulmuş vəsaitin 90,4 faizi istifadə olunub

Ötən il beynəlxalq fəaliyyət üzrə dövlət büdcəsində nəzərdə tutulmuş 583,1 milyon manat vəsaitin 526,9 milyon manatı və ya 90,4 faizi istifadə olunub. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Məlumata görə, sözügedən fəaliyyət beynəlxalq münasibətlər (o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması, həmçinin onların fəaliyyəti ilə bağlı digər xərclər, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər), xarici yardımlar, Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq…

Daha çox

“Sərəncam Prezidentin mərhəmətinin və humanizminin növbəti nümayişidir”

“Prezident İlham Əliyevin əfv sərəncamı ilə 200-dən çox ailə sevindi və insanlar azadlığa çıxdılar, öz ailə üzvlərinə qovuşdular. Bu sərəncam cənab Prezidentin mərhəmətinin və humanizminin növbəti nümayişidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, indiyə qədər müstəqil Azərbaycan dövlətində 71 əfv sərəncamı olmuşdur və 10 mindən çox insan bu sərəncam nəticəsində azadlığa qovuşmuşdur. 10-dan çox Amnistiya aktı olmuşdur və 100 mindən çox insan Amnistiya aktından bəhrələnmişdir: “Bunlar hamısı Azərbaycan dövlətinin humanizm xarakterli bir dövlət olduğunu göstərir və cənab Prezidentin siyasətində də əhalinin, vətəndaşların rifahının qorunması vacib…

Daha çox

“Qırmızı rəng sevgi və emosional yaxınlığın simvoludur”

“Qırmızı rəng enerji, güc və iradənin rəngi hesab olunur. Bu rəng gündəlik həyatda müxtəlif formalarda qarşımıza çıxır. Qırmızı rəng insan psixologiyasında güc, qərarlılıq və ambisiya ilə assosiasiya olunur. Reklam və vizual kommunikasiya sahəsində də bu rəngə tez-tez rast gəlinir, çünki insan gözü qırmızı rəngə daha həssasdır. Bu səbəbdən, diqqət cəlb etmək və müəyyən mesajları vurğulamaq məqsədilə, xüsusilə “endirim” və “təklif” kimi sözlərdə qırmızı rəngdən istifadə edilir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, qırmızı həmçinin simvolik və bioloji mənalar daşıyır: “Təbii elementlərdə, məsələn, qırmızı güllərdə və…

Daha çox

Fonda daxil olan vəsait ötən il istifadə edilməyib

2024-cü ildə Nəqliyyat vasitələrinin utilizasiyası fonduna qanunvericiliyə uyğun olaraq utilizasiya haqqı və sair gəlirlər hesabına 52,1 milyon manat daxil olub. SİA bu barədə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu məbləğdə vəsait hesabat ilində istifadə olunmadığı üçün Fondun qalığı gəlirləri səviyyəsində olub.

Daha çox