Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib. SİA bildirir ki, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır. X X X Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni…

Daha çox

“28 May – Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirilib

27 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında “ 28 May – Müstəqillik Günü “ nə həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib…

Daha çox

Ətraf mühitin mühafizəsi üçün 361,9 milyon manat xərclənib

Ötən il dövlət büdcəsindən ətraf mühitin mühafizəsi üçün 361,9 milyon manat xərclənib, bununla da nəzərdə tutulan vəsaitin 96,0 faizi (15 milyon manat az) istifadə olunub. SİA xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edilib ki, bu da 2023-cü illə müqayisədə 3,3 milyon manat və ya 0,9 faiz çoxdur. Hesabat ilində ətraf mühitin mühafizəsi xərcləri ÜDM-in 0,3 faizin, dövlət büdcəsi xərclərinin isə 1 faizini təşkil edib. Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış…

Daha çox

İtaliya Prezidenti İlham Əliyevi təbrik edib

İtaliya Prezidenti Sercio Mattarella azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi, dost Azərbaycan xalqına firavan gələcəklə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Son illərdə əlaqələrin getdikcə intensivləşməsi, xüsusilə də ötən ilin sentyabr ayında Sizin Romaya etdiyiniz dəyərli səfər münasibətlərimizin gələcəyinə inamla baxmağa imkan verir. Bu isə ortaq maraq doğuran bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişafı üçün ideal zəmin yaradır. Daimi…

Daha çox

AXC-nin yaranmasının 107-ci illiyi münasibətilə konsert proqramı keçirilir

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Müstəqillik gününə həsr olunmuş konsert proqramı keçirilir. SİA xəbər verir ki, konsert Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 107-ci illiyi münasibətilə keçirilir. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və Azərbaycan Xalq Cumhuriyyəti qurucularının, Ulu Öndər Heydər Əliyevin, Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətini yaranması ilə əlaqədar video çarx nümayiş edilib.

Daha çox

Publik hüquqi şəxslərə büdcədən ayırmalar 2 dəfədən çox artıb

2024-cü ildə dövlət adından yaradılan 55 publik hüquqi şəxsə (PHŞ) dövlət sifarişi əsasında bir sıra iş və xidmətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 958,5 milyon manat məbləğində vəsait ödənilib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, bu da 2023-cü illə müqayisədə 516,4 milyon manat və yaxud 2,2 dəfə çoxdur. Kəskin artım əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti iıə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun yaradılması ilə bağlı olub. Başqa sözlə, hesabat…

Daha çox

Onların mənzillə təmin olunması üçün 35 milyon manat vəsait ayrılıb

2024-cü ildə dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3492,9 milyon manat vəsait yönəldilib. SİA xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq aparılan tədbirlər çərçivəsində hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon…

Daha çox

Bolqarıstan Prezidenti Azərbaycan liderini təbrik edib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi, əmin-amanlıq, firavanlıq və rifah arzularımı çatdırıram. Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Ölkələrimiz arasında qurulan sıx və səmərəli əməkdaşlıq, xalqlarımız arasındakı qarşılıqlı hörmət ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün sabit təməldir. Əminəm ki, ötən ilin mayında Bakıya rəsmi səfərim və noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə…

Daha çox