Səhiyyə xərclərinə 2024-cü ildə dövlət büdcəsindən 1866,4 milyon manat vəsait ayrılıb, sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 1828,8 milyon manatı və ya 98 faizi istifadə olunub. SİA xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, istifadə olunan vəsait proqnoza nisbətən 37,6 milyon manat və ya 2 faiz az, 2023-cü illə müqayisədə isə 106,7 milyon manat və ya 6,2 faiz çoxdur. Hesabat ilində səhiyyə xərcləri Ümumi…
Daha çoxDay: May 27, 2025
Ərdoğan sabah Azərbaycana səfərə gəlir
Prezident Rəcəb Tayyib Türkiyə prezidenti Azərbaycana gələcək. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Billdirilib ki, səfər sabaha, yəni Azərbaycanın 28 May – Müstəqilllik Gününə təsadüf edəcək. Qeyd edək ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də sabah Azərbaycana səfəri gözlənilir.
Daha çoxTürkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır
İzmirin tarixi Birgi kəndi, davamlı turizmi təşviq etməyi və yerli iqtisadi inkişafı dəstəkləməyi hədəfləyən SENTRUM layihəsi (Davamlı Enerji Əsaslı Turizm Təcrübələri Mərkəzi) çərçivəsində yaşıl turizm istiqamətinə çevrilmək üçün transformasiya prosesindən keçir. SİA xəbər verir ki, 5 min ildən çox tarixi olan və Səlcuqlu ilə Osmanlı dövrünə aid klassik evləri ilə seçilən Birgi, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) tərəfindən 2022-ci ilin “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Türkiyənin qərbində, Egey bölgəsinin mərkəzində yerləşən Birgi, kölgəli daş döşəməli küçələri və 12-ci əsrə aid ənənəvi ev və tikililəri ilə diqqət…
Daha çoxƏfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. SİA xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə altı nəfərə şamil olunub. Əfv sərəncamı şamil olunan şəxslərə arayışları millət vəkilləri, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər ictimaiyyət nümayəndələri təqdim edib. Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum…
Daha çoxÖtən il bir sıra qeyri-neft sektorları üzrə ümumi daxili məhsulda artım müşahidə edilib
“Sosial sahədə inkişaf göstəriciləri və əldə olunmuş nailiyyətlər dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin müsbət dinamika ilə icra olunması fonunda qeydə alınmışdır. Belə ki, ötən il bir sıra qeyri-neft sektorları üzrə ümumi daxili məhsulda artım müşahidə edilmiş, illik proqnoz göstəriciləri çərçivəsində icra səviyyəsi təmin olunmuş, büdcə əməliyyatları praktik olaraq balanslaşdırılmış, milli valyutanın sabitliyi qorunmuş və valyuta bazarında beynəlxalq standartlara uyğun olaraq xarici ticarət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır”. SİA xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası zamanı Maliyyə Naziri Sahil Babayev deyib. Onun sözlərinə görə,…
Daha çoxİlham Əliyev Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib. SİA xəbər verir ki, “AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri barədə məlumat verdi. Bildirildi ki, bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır. Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii…
Daha çoxİşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti “She Congress” baş tutdu. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı. “Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçirilən konqresdə Azercell şirkətini Hüquq və Data Strategiyası üzrə Baş direktor Şirin Əliyeva və Korporativ və Marketinq Kommunikasiyaları Departamentinin direktoru Sona Abbasova təmsil etdilər. Çıxışı zamanı Şirin Əliyeva Azercell-in telekommunikasiya sektorundakı lider mövqeyindən danışdı: “Azercell olaraq biz telekommunikasiya xidmətləri təqdim etməklə yanaşı sosial…
Daha çoxSiyasi partiyalara ayrılmış vəsaitin hamısı xərclənib
2024-cü ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin hamısı xərclənib. SİA xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən Milli Məclisində təmsil olunan, habelə Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyaların maliyyələşdirilməsinə 5 milyon manat məbləğində maliyyə yardımı ayrılıb. Ayrılan maliyyə tam icra olunub.
Daha çoxKasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi və bütün qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu bayram xalqınızın ümummilli birliyini və yaradıcı ruhunu təcəssüm etdirir, dövlətçiliyin gələcəkdə də möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir. İnanıram ki, Azərbaycan Sizin rəhbərliyinizlə mütərəqqi dövlətin gücünün artırılmasına, həmçinin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strategiyanın uğurla həyata keçirilməsini davam etdirəcəkdir. Sevindirici haldır ki, Qazaxıstan-Azərbaycan münasibətləri çoxəsrlik dostluq əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda…
Daha çoxQHT Naxçıvan MR-da maarifləndirici tədbirlər keçirəcək
Vətəndaş Tribunası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsninqaliblərindən biri olaraq “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsinin icrasına başlayır.Layihə çərçivəsində Naxçıvan MR-da bir sıra maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihənin ideyası müxtəlif şəxslərin, qrup və təşkilatların regional və beynəlxalq səviyyələrdə sosial media vasitəsilə Azərbaycanın milli maraqlarına və milli-mənəvi dəyərlərinə qarşı yönələn təhdidlərinin təhlili vəcavablandırılmasından ibarətdir. Layihə çərçivəsində bu təhdidlərlə bağlı xüsusi metodoloji kitabça çap ediləcək, Naxçıvan və Şərur şəhərlərində yerli ictimai fəallar və əhalinin müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşlər…
Daha çox