Rusiya Bankı müşahidə olunan inflyasiyanın azaldığını açıqlayıb


May ayında Rusiyada əhalinin müşahidə etdiyi inflyasiya 15,5 faizə düşüb.

SİA-nın məlumatına görə, bu barədə Rusiya Bankının “İnflyasiya gözləntiləri və istehlakçı əhval-ruhiyyəsi” məlumat və analitik şərhində deyilir.

Sözügedən göstərici aylıq müqayisədə 0,4 faiz bəndi azalaraq, illik müqayisədə bir yarım faiz bəndi artıb.

Tənzimləyici qeyd edib ki, müşahidə olunan inflyasiyanın hesablamaları əmanətləri olan və olmayan respondentlər arasında azalıb.

Yaxın 12 ayda əhalinin gözlədiyi inflyasiyanın median təxminləri 13,4 faizə yüksəlib.

Rusiyalıların növbəti beş il üçün inflyasiya gözləntiləri 11,8 faizə yüksəlib.

Rusiya Bankı 2025-ci ildə illik inflyasiyanın 7-8 faizə düşəcəyini, 2026-cı ildə isə 4 faizə qayıdacağını proqnozlaşdırır.

Bu arada Mərkəzi Bankın sifarişi ilə keçirilən sorğu göstərib ki, əhalinin rekord hissəsi tənzimləyicinin yaxın üç il ərzində inflyasiyanı 4 faizə çatdırmaq planlarının real olmadığına inanır.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər