…Rusların Dövlət Dumasına evdar qadınlar üçün aylıq ödənişlər haqqında qanun layihəsi təqdim olunub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qanun qəbul olunarsa, 1,5 yaşdan yuxarı uşaqları ilə evdə qalan, birinci qrup uşaqlıq əlillərinə və ya yaşlı valideynlərə qulluq edən işsiz ruslar yaşayış minimumu məbləğində aylıq ödəniş ala biləcəklər.
Bu kateqoriyaya uşaq bağçası/məktəbi olmayan uşaqları böyüdən valideynlər və qocalara qulluq edənlər daxildir.
Deməli, bununla bağlı aşağıdakı məhdudiyyətlər təklif olunur: ailənin ümumi gəliri yaşayış minimumunun 2 səviyyəsindən çox olmamalıdır.
Ödəniş ölkədə ən azı 5 il yaşayan Rusiya Federasiyasının vətəndaşlarına verilir. Bundan əlavə, fərdi sahibkarlar belə bir ödəniş ala bilməyəcəklər.
Ödəniş altı aya veriləcək, sonra yenidən müraciət etməli olacaqsınız.
Nazlı Almuradova