Azərbaycanda nağdsız ödənişlərin məbləği apreldə 50 % artıb

Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artaraq – 9 milyard 301 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 8 milyard 71 milyon manatı (86,8 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 224 milyon manatı POS-terminallar, 4,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. Ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,1 %-ni təşkil edib. Bu il mayın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 675 min ədəd…

Daha çox

22 yaşlı Honda hərracda 1 milyon dollara satılıb

Honda NSX-in yüksək qiyməti iki amillə bağlıdır. …2003-cü il istehsalı olan Honda NSX İtaliyada hərracda satılıb. İkonik superkarın qiyməti bir milyon dollardan artıqdır. SİA xəbər verir ki, bu barədə Broad Arrow hərracının saytında məlumat verilib. Daha dəqiq desək, Honda NSX-in qiyməti 934 375 avro və ya 1 059 430 dollardır. Hərrac Komo gölündəki Concours d’Elegance vintage avtomobil sərgisində baş tutub. Birinci nəsil Honda NSX superkarı 90-cı illərin ikonik modelidir, lakin adətən təxminən 10 dəfə ucuzdur. Honda NSX-in yüksək qiyməti iki amillə bağlıdır. Əvvəla, bu Honda…

Daha çox

Pakistan regionda sülh və firavanlığı təşviq edir

Pakistan regionda sülh və firavanlığı təşviq edir. SİA xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib. Baş nazir əlavə edib ki, Pakistan nə qədər sülhpərvər olsa da, hücuma məruz qaldıqda buna adekvat cavab verəcək gücdədir: “Hindistana qarşı da bunu etdik və düşmən təyyarələrini vuraraq ona dərs verdik”.

Daha çox

Azərbaycanın Müstəqillik Günü Bratislavada təntənəli qeyd olunub

Slovakiyanın paytaxtı Bratislavada 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Slovakiyadakı səfirliyinin və fəxri konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə Slovakiya Respublikasının Milli Şuranın (parlament) sədri Rixard Raşi, Baş nazirinin müavini – ətraf mühit naziri Tomaş Taraba, Slovakiya Respublikası Prezidentinin Ofis rəhbəri Peter Vodraşka, Slovakiya parlamentinin və hökumətinin üzvləri, bu ölkənin Xarici İşlər Nazirliyinin və müxtəlif dövlət qurumlarının səlahiyyətli əməkdaşları, Bratislavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və diplomatları, Slovakiya ictimaiyyətinin nümayəndələri, o cümlədən elm xadimləri və iş adamları, həmçinin Slovakiyada yaşayan…

Daha çox

Azərbaycanın Müstəqillik Günü Qırğızıstanda da qeyd olunub

Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkekdə 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. SİA xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Qəbulda səfir Lətif Qəndilov çıxış edərək bildirib ki, 107 il əvvəl 1918-ci ildə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq müsəlman şərqində yaranmış ilk demokratik, dünyəvi dövlət Azərbaycan Demokratik Respublikasının (ADR) təməlini qoyub. Cəmi iki ilə yaxın mövcud olmasına baxmayaraq, ADR Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutub. Qısa müddət ərzində parlament seçkiləri keçirilmiş, hökumət yaradılmış, dövlət atributları, bayraq, himn təsis edilib və respublikanın beynəlxalq münasibətlər sisteminin…

Daha çox

“ABŞ nüvə qarşısının alınması bacarıqlarını yenidən qurmalıdır”

Sadəcə olaraq arsenalı artırmaq həll yolu deyil… …Birləşmiş Ştatlar Çin, Rusiya və qeyri-sabit müttəfiq dəstəyinin artan təhdidləri fonunda itirilmiş nüvə çəkindirmə bacarıqlarını təcili olaraq bərpa etməlidir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın nüvə siyasətinin vəziyyətinə həsr olunmuş yeni analitik materialda deyilir. Onilliklər ərzində ABŞ-ın genişləndirilmiş nüvə qarşısının alınması sabitliyi təmin etdi və müttəfiqlər arasında nüvə silahının yayılmasının qarşısını aldı. Bununla belə, Amerika zəmanətlərinin etibarlılığına dair şübhələr, xüsusən də ABŞ prezidenti Donald Tramp administrasiyasının müttəfiq öhdəliklərinə yenidən baxması kontekstində Yaponiya, Cənubi Koreya…

Daha çox

Turistlər Misiri Mərakeşə dəyişirlər..?

…Mütəxəssislər turistlərin Mərakeşə marağının artdığını qeyd ediblər. SİA-nın məlumatına görə, həmişə piramidalar ölkəsində istirahətə üstünlük verənlər indi Mərakeşə üz tuturlar. Misir turistlərin marağını itirir. Bunu britaniyalı analitiklər deyib. Ekspress-də dərc olunan məlumatlara görə, turistlər Misirdən 3400 kilometr aralıda yerləşən, qumlu çimərliklərin, tarixi ekskursiyaların və digər maraqlı təkliflərin olduğu Mərakeşdə istirahət etmək üçün piramidalar ölkəsini tərk edirlər. Nəticədə 2024-cü ildə Mərakeşə 17,4 milyon turist səfər edib. Artım 20 faiz və ya 3 “əlavə” milyon təşkil edib. Bu il Mərakeşə 4 milyon turist gəlib ki, bu da ötən illə müqayisədə 22 faiz…

Daha çox

Azərbaycanın Müstəqillik Günü Polşada qeyd olunub

Polşadakı səfirliyimizin təşəbbüsü ilə Polşanın Müstəqillik Muzeyində Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, muzeyin direktor müavini Bartolomey Klusek tədbir iştirakçılarını salamlayaraq belə əlamətdar tarixin Müstəqillik Muzeyində qeyd olunmasından məmnunluğunu ifadə edib və Azərbaycan xalqına təbriklərini çatdırıb. Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından, gənc dövlətin keçdiyi inkişaf yolundan bəhs edib. Səfir Azərbaycanın polyakəsilli görkəmli dövlət xadimlərini və memarlarını xatırlayaraq, bolşeviklərin Azərbaycanın işğalına qarşı mübarizədə həyatlarını qurban vermiş polşalı zabitlərə ehtiramını bildirib. Qısa müddətdə süqut etməsinə baxmayaraq,…

Daha çox

Dövlət rəhbərləri Laçın şəhərində seyrəngahda olublar

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində seyrəngahda olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi. Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə…

Daha çox

Sərxoş rus bıçaqla polisə hücum edib…

…Sankt-Peterburqda məhkəmə polisə bıçaqla hücum edən şəxsi həbs edib. SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə regional idarəsindən məlumat verilib. İdarədən verilən məlumata görə, mayın 25-də Nastavnikov prospektində sərxoş şəxs mağazada Daxili İşlər Nazirliyinin əməkdaşı qanunsuz hərəkətlərinin qarşısını alarkən ona hücum edib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi (“Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd”) ilə iş açılıb. Bundan əvvəl Leninqrad vilayətində yerli polis əməkdaşına bıçaqla hücum edən gənc saxlanılıb. Nazlı Almuradova

Daha çox