“28 May – Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub


28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub. Milli Kitabxanada bu tarixi və əlamətdar gün ilə əlaqədar “28 May – Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib. SİA xəbər verir ki, kitabxanadan verilən məlumata görə, virtual sərgidə müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar, habelə Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Əlaqəli Xəbərlər