Aİ Qara dənizin yeni strategiyası üçün 75 milyard avro ayıracaq…



Avropa İttifaqı Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycanla əlaqələri gücləndirməyi planlaşdırır.



…SİA-nın məlumatına görə, Politico xəbər verir ki, Brüssel Rusiyadan gələn təhdidlər fonunda regionun təhlükəsizliyini gücləndirmək məqsədi daşıyan Qara dənizlə bağlı yeni strategiyanı açıqlayıb.

Plana hərbi texnikanın sürətlə köçürülməsi və dayanıqlı logistikanın yaradılması üçün infrastrukturun təkmilləşdirilməsi daxildir.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “Qara dənizin təhlükəsizliyi həm də Avropanın təhlükəsizliyidir” deyə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi və dəniz infrastrukturuna hibrid hücumları səbəbindən regionda sabitlik pozulur.

Avropa İttifaqı region ölkələrində, xüsusən Rumıniya və Bolqarıstanda limanların, dəmir yollarının və hava limanlarının modernləşdirilməsinə investisiya qoymaq niyyətindədir.

Bu, qoşunların operativ hərəkətini təmin edəcək. Avropa Komissiyasının daha əvvəl açıqladığı hesablamalara görə, nəqliyyat şəbəkəsinin hərbi adaptasiyası təxminən 75 milyard avro tələb edəcək.

Qara Dəniz Dəniz Təhlükəsizliyi Mərkəzi də yaradılacaq ki, bu da Avropa İttifaqı üçün erkən xəbərdarlıq sisteminə çevriləcək.

Mərkəz təhlükələrin monitorinqinə və kritik obyektlərin qorunmasına kömək edəcək.

Strategiya həmçinin limanlarda və əsas infrastrukturlarda əcnəbi mülkiyyətə nəzarət, yeni enerji və rəqəmsal dəhlizlərin inkişaf etdirilməsi, ətraf mühit və iqlim riskləri qarşısında sahilyanı icmalara dəstək tədbirləri daxildir.

Avropa İttifaqı Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycanla əlaqələri gücləndirməyi planlaşdırır.

Əli Babayev

Əlaqəli Xəbərlər