Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb


Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 1,5 bənd az, ilin əvvəli ilə müqayisədə 4,8 bənd az, ötən il mayın 1-nə nisbətən 0,4 bənd azdır.

Bu il aprelin sonuna manatın real effektiv məzənnəsi isə 118,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,4 bənd az, ilin əvvəli ilə müqayisədə 6,4 bənd az, ötən il aprelin sonuna nisbətən 3,1 bənd azdır.

Əlaqəli Xəbərlər