Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə AQEM-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“AQEM Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir! Hazırkı sədr ölkə kimi Azərbaycan çoxtərəfli dialoq, regional əməkdaşlıq və Asiyada ümumi sabitliyin təşviqində nümunəvi liderlik nümayiş etdirməyə davam edir. Əminik ki, bu səylər təşkilatın güclənməsinə, Asiyada təkmilləşdirilmiş əlaqələrə, rəqəmsallaşmaya və dayanıqlı inkişafa töhfə verəcək.
Azərbaycan xalqına daha böyük tərəqqi, rifah və firavanlıq arzulayırıq”, – paylaşımda bildirilib.