Belarus rusun daha bir brendindən “otkaz” eləyir..?



Ədviyyatda E.coli bakteriyası aşkar edilib.



…“Magiya Vostoka” brendinin “kəskin olmayan Koreya yerkökü üçün ədviyyat” Belarusda təhlükəli məhsullar siyahısına daxil edilib.

SİA-nın məlumatına görə, Belarus Dövlət Standartı mayın 22-dən Belarusda satışını qadağan edib və o da dövriyyədən çıxarılmaqdadır.

Qeyd edək ki, ədviyyat Moskvada yerləşən PC ARIKON-PRO MMC tərəfindən istehsal olunur.

Məhsul təhlükəsizlik testindən keçə bilməyib: onun tərkibində koliform bakteriyalar və sulfiti azaldan klostridiya tapılıb.

Nə demək olar, əgər Belarus tərəfi belə deyirsə…

Nazlı Almuradova

Əlaqəli Xəbərlər