Niderland Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik edib


Niderlandın Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Müstəqillik Gününüz mübarək! Bu xüsusi gündə Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq”, – paylaşımda vurğulanıb.

Əlaqəli Xəbərlər