Azərbaycanın Müstəqillik Günü Bağdadda qeyd olunub

Azərbaycanın İraqdakı səfirliyi tərəfindən Bağdadın “Babylon Rotana” otelində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, tədbirdə İraqın dövlət və hökumət üzvləri, bu ölkədəki səfirlərin, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, türkmən soydaşlarımız, jurnalistlər iştirak ediblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə çıxış edərək 107-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. Müvəqqəti işlər vəkili 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü…

Daha çox

Azərbaycanın Müstəqillik Günü Litvada da qeyd edilib

Azərbaycanın Litvadakı səfirliyi 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib. SİA-nın məlumatına görə, səfirlikdən bildirilib ki, tədbirdə Litva hökuməti və Xarici İşlər Nazirliyinin nümayəndələri, baş prokuror Nida Qrunskiene, Litva Seyminin, o cümlədən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri və üzvləri, ictimai-siyasi xadimlər, Vilnüsdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Litva və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev 1918-ci ildə Şərqdə yaradılmış ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin…

Daha çox

Quam sahillərində zəlzələ baş verib

Sakit okeanda Quam adasının sahillərində zəlzələ baş verib. SİA-nın məlumatına görə, RİA Novosti bu barədə ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir. Bildirilir ki, yeraltı təkanların gücü 5,8-ə çatıb. Zəlzələnin ocağı İnaracan qəsəbəsindən 51 kilometr cənub-cənub-şərqdə, ocağı isə 59 kilometr dərinlikdə yerləşib. Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, Quam Sakit Okeanın qərbində, Mikroneziyada bir adadır və ABŞ-ın ən qərb ərazisidir. Bundan əvvəl Meksikada güclü zəlzələ baş verib. Nazlı Almuradova

Daha çox

Zakir Həsənov Yaşar Güler ilə görüşüb…

Azərbaycan və Türkiyə müdafiə nazirləri iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafını müzakirə ediblər Mayın 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və…

Daha çox

Putin istədiyindən tam əks nəticə əldə etdi…

Ukraynaya hücum olmasaydı, Finlandiya NATO-ya üzv olmazdı… Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın Ukraynaya təcavüzünün müasir hərbi tarixdə ən böyük strateji və taktiki səhvlərdən biri olduğunu deyib. SİA-nın məlumatına görə, o, CNN-ə müsahibəsində vurğulayıb ki, Moskva Ukraynanın döyüş qabiliyyətini ciddi şəkildə qiymətləndirməyib, amma ordusunu həddən artıq qiymətləndirib. Putin Qərbin birliyini də düzgün qiymətləndirməyib. Stubb bildirib ki, Finlandiya sərhəddə rus qoşunlarının toplanması fonunda sakitliyini qoruyur, lakin vəziyyəti diqqətlə izləyir. …Biz hər şeyə nəzarət edirik. Rusiyanın həmişə sərhədimizə yaxın bazaları olub, bu, normal fəaliyyətdir… …Finlandiya 2023-cü ildə Ukraynada müharibənin başlamasından…

Daha çox

Vətəndaşlarımız müstəqillik gününü necə qeyd edirlər?

28 May – Azərbaycan xalqının milli qürur və azadlıq günüdür. Bu müqəddəs tarix, müstəqilliyimizin təməli, xalqımızın öz gələcəyini azad şəkildə müəyyənləşdirməsinin nümunəsidir. Hər il bu gün biz həm keçmişimizin şanlı səhifələrini yad edir, həm də gələcəyimiz üçün ümid və inamla doluruq. 28 May, birlik və bərabərlik rəmzi olaraq, bizi daha güclü, daha irəli aparan bir gücdür. Azərbaycan vətəndaşlarının bu günlə bağlı düşüncələri nədən ibarətdir? SİA bu barədə sorğu edib. Şəhər sakini Kəmalə Həşimova: “Bu gün biz xalqımızın tarixi yaddaşında və dövlətçilik salnaməsində xüsusi yerə malik olan 28 May – Müstəqillik…

Daha çox

Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Mayın 28-də Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak ediblər. Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış ediblər. Daha sonra konsert proqramı təqdim olunub.

Daha çox

Mərkəzi Bank dollar və avronun məzənnəsini aşağı salıb

Rusiya Mərkəzi Bankın (MB) rəhbərliyi dollar və avronun rəsmi məzənnələrini aşağı salıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Rusiya tənzimləyicisinin saytında dərc olunan məlumatlar sübut edir. Amerika valyutası mayın 29-da cümə axşamı günü 79,6 rubl, Avropa valyutası isə 90,3 olacaq. Müqayisə üçün qeyd edək ki, çərşənbə günü 28-də dolların rəsmi məzənnəsi 79,62 rubl, avro isə 90,9 səviyyəsində olub. Beləliklə, birinci valyuta üzrə kotirovkalar təxminən iki qəpik, ikincisi isə 56 qəpik azaldılıb. Yuanın rəsmi məzənnəsi isə öz növbəsində beş qəpik aşağı salınıb – 11,1 rubldan 11,05 rubla. Rublun dollara…

Daha çox

Azərbaycanın Müstəqillik Günü Qarsda da qeyd edilib

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir ölkəmizin Qarsdakı baş konsulluğu tərəfindən təşkil olunub. Qars valisi Ziya Polat, Qars bələdiyyəsinin sədri Ötüken Şenger, baş prokuror Mehmet Çepni, Qafqaz Universitetinin rektorluğunun nümayəndələri və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri də daxil olmaqla tədbir iştirakçıları qardaş ölkələrin dövlətçiliyinin formalaşmasında və inkişafında xidmətləri olan Azərbaycan və Türkiyə övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev çıxış edərək iki qardaş ölkənin dövlətçiliyinin inkişafında Ümummilli Lider Heydər…

Daha çox

“1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır”

Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl çıxışında deyib. Ərdoğan keçmişdən dərs almağa və regionda davamlı sülh, etimad və mehriban qonşuluq istiqamətində addımlar atmağa çağırıb. “İnanırıq ki, Qalib Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq”, -deyə Türkiyə lideri bildirib. Onun sözlərinə görə, Türkiyə…

Daha çox