Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Daha çoxDay: May 28, 2025
Azərbaycan süddən hazırlanmış yağ idxalını 17 %-dən çox artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 9 min 323 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə yağların idxal dəyəri 65 milyon 474 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 387 ton (17,4 %), dəyər baxımından isə 24 milyon 499 min ABŞ dolları (59,7 %) çoxdur. Hesabat dövründə kәrә yağı vә süddәn hazırlanmış digәr yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7%- ni təşkil edib.
Daha çoxAzərbaycan və Pakistan arasında hərbi sahədə protokol imzalanıb
Pakistanın İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb. Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir…
Daha çoxAzərbaycan banklarına qoyulan depozitlərin məbləği 10 %-dən çox artıb
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 433,5 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,4 %, ilin əvvəli ilə müqayisədə 2,9 %, ötən ilin eyni dövrünə nisbətən 10,4 % çoxdur. Bunun 56,1 %-i, yaxud 23 milyard 230,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 8,1 % çoxdur. İl ərzində ev təsərrüfatlarının əmanətləri 10 % artaraq 14 milyard 853 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 31,3 % artaraq 3 milyard 350,4 milyon manata çatıb. Hesabat dövründə…
Daha çoxGürcüstanın daxili işlər naziri istefa verib
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri mayın 28-də vəzifəsindən istefa verib. SİA xəbər verir ki, bu barədə V.Qomelauri özü keçirdiyi brifinqdə məlumat verib. İstefanın səbəbləri barədə hələlik məlumat yoxdur.
Daha çoxQazaxıstan XİN Azərbaycanın Müstəqillik Gününü təbrik edib
Qazaxıstan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajı paylaşıb. SİA xəbər verir ki, Qazaxıstan XİN-in təbrik mesajında deyilir: “Bakıdakı həmkarlarımızı ürəkdən təbrik edir və Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi arzularımızı çatdırırıq. Azərbaycana yeni uğurlar, tərəqqi və əmin-amanlıq arzulayırıq”.
Daha çoxAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15% artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 898,8 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən ilin eyni dövrünə nisbətən 15,1 % çoxdur. Kredit qoyuluşunun 20 milyard 775,3 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 12,6 % çoxdur. Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 321,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 18,1 % çoxdur. İl ərzində dövlət…
Daha çoxLaçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib
Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və…
Daha çox“Prezidentin imzaladığı əfv sərəncamı böyük sevinc və ümid mənbəyi olmuşdur”
“Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv sərəncamı nəticəsində azadlığa buraxılan şəxslərdən ən azı 220 nəfəri üçün bu hadisə böyük sevinc və ümid mənbəyi olmuşdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, ümumilikdə isə, indiyədək dövlət başçısının imzaladığı müxtəlif əfv sərəncamları sayəsində minlərlə vətəndaş cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilmişdir: “Bu fakt Prezidentin humanizm prinsiplərinə, insan hüquq və azadlıqlarına yüksək dərəcədə önəm verdiyini təsdiqləyən mühüm göstəricidir. Əfv aktları cəmiyyətin reinteqrasiyasına və sosial ədalətin təmininə xidmət edən hüquqi-siyasi alət kimi qiymətləndirilməlidir. Eyni zamanda bu, islah olunanların…
Daha çoxLaçın Beynəlxalq Hava Limanının strateji önəmi var
Laçın Beynəlxalq Hava Limanının həm siyasi, həm də strateji əhəmiyyəti olduqca böyükdür. SİA İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu qurumun şöbə müdiri Aqil Əsədov sözügedən aerroportun açılışını şərh edərkən bildirib. “Laçın şəhəri həm Ermənistanla sərhədə, həm də işğaldan azad edilmiş bir çox ərazilərə yaxındır. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına, regionda istehsal edilən məhsulların yerli və xarici bazarlara çıxışına öz töhfəsini verəcək”, – deyə o qeyd…
Daha çox