2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxDay: May 28, 2025
Bakının Xəzər rayonunun bir hissəsində qaz kəsiləcək
Sabah saat 10:00-dan Bakının Xəzər rayonunun Qala qəsəbəsinin Xaşa-Xuna yaşayış massivində və Türkan qəsəbəsində yaşayan istehlakçıların təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, fasiləyə səbəb Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləridir.
Daha çoxCan Azərbaycanın Müstəqillik Günü mübarək olsun!
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) rəsmi instaqram səhifəsində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, “Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun!” ifadələri ilə başlayan paylaşımda deyilir: “Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən paylaşırıq”. Paylaşımda Türkiyə və Azərbaycan bayraqlarının rəngləri yer alıb.
Daha çoxAzərbaycan süd və qaymaq idxalını 34%-ə yaxın artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5 min 880 ton süd və qaymaq idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 9 milyon 402 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 480 ton (33,6 %), dəyər baxımından isə 2 milyon 615 min ABŞ dolları (38,5 %) çoxdur. Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.
Daha çoxAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Mayın 28-də Laçın şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, pakistanlı qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirən nazir onu “feldmarşal” ali hərbi rütbəsi alması münasibətilə təbrik edib. General-polkovnik Z.Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. Səmimi qəbula…
Daha çoxQahirədə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib
Qahirədə Azərbaycan səfirliyi tərəfindən ölkəmizin müstəqilliyinin 107-ci ildönümünə həsr edilmiş təntənəli rəsmi qəbul təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Misirin dövlət və hökumət nümayəndələri, parlament və senat üzvləri, Qahirədə fəaliyyət göstərən akademik dairələrin və diplomatik korpusun üzvləri, yerli medianın və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. Misir hökuməti tədbirdə Misirin kommunikasiya və informasiya texnologiyaları naziri Amr Tələt ilə təmsil olunub. Qəbulda, həmçinin Misirin vəqfləri naziri Usamə əl-Əzhəri, Misirin sabiq müftisi Şeyx Əli Cümə, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Amr Musa və digərləri iştirak ediblər. Rəsmi qəbul Azərbaycanın və Misirin…
Daha çoxAzərbaycan Almatıda beynəlxalq konfransda təmsil olunub
Almatıda Oljas Süleymenovun XX əsrin intellektual tarixində əlamətdar əsər olan “Az və Ya” kitabının nəşrinin 50 illiyinə həsr olunmuş “Türk slavyanşünaslığının doğuşu” adlı VII Beynəlxalq konfrans keçirilib. SİA Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Çin, İsrail, ABŞ və Tacikistandan iyirmidən çox tanınmış alim, yazıçı, filoloq və mədəniyyət xadimi iştirak edib. Çıxış edənlər arasında Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, şair, Nobel mükafatı namizədi Teymur Zülfüqarov, “Az və Ya” simfonik-konsertinin müəllifi, bəstəkar İqor Matsiyevski, digər görkəmli elm və mədəniyyət…
Daha çoxAzərbaycan manatının dövretmə sürəti azalıb
Bu ilin mayın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,33 bənd təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd az, ilin əvvəli ilə müqayisədə 0,12 bənd az, ötən il mayın 1-nə nisbətən isə 0,01 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə…
Daha çoxUkrayna ilə danışıqların növbəti raundunun tarixi yaxın vaxtda açıqlanacaq
Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların növbəti raundunun vaxtı çox yaxın vaxtlarda açıqlanacaq. SİA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrin XIII Beynəlxalq görüşündə çıxışı zamanı deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, münaqişənin ən mühüm səbəbi Ukraynanı NATO-ya cəlb etmək istəyi olaraq qalır. Onun sözlərinə görə, 1991-ci ildə Ukraynanın neytral, bloklara qoşulmayan və nüvə silahı olmayan statusu onun müstəqilliyi haqqında Bəyannamədə elan edilib. Rusiyalı nazir xatırladıb ki, Moskva Ukraynanın rus dilindən istifadəni məhdudlaşdıran qanunlarının ləğvində israrlıdır. Xatırladaq ki, Rusiya…
Daha çoxHikmət Hacıyev rəsmi “X” hesabında Laçından görüntülər paylaşıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “X” hesabında Laçından paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Laçın – gözəlliyi ilə heyran edən, vaxtilə 30 illik işğal və vandalizmdən yaralanmış, indi isə Prezident İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilmiş şəhər – bu gün – Azərbaycanın Müstəqillik Günündə – qürurla üç qardaş ölkənin: Azərbaycan, Pakistan və Türkiyənin Zirvə toplantısına ev sahibliyi edir!”
Daha çox