Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan rəhbərliyini və xalqını təbrik edib. SİA xəbər verir ki, Türkiyə parlamentinin sədri sosial şəbəkələrdəki paylaşımında ölkəmizə səmimi təbriklərini çatdırıb. Təbrik mesajında vurğulanır ki, Türkiyə ilə Azərbaycanı tarixi, mədəni və siyasi birlikdən çox-çox kənara çıxan möhkəm qardaşlıq bağları birləşdirir. N.Kurtulmuş daha sonra qeyd edib: “Qardaşlığımızın əbədi olmasını arzulayıram”. Türkiyə Böyük Millət Məclisinin sədri “Bir millət, iki dövlət” kəlamı işığında Türkiyə ilə Azərbaycanın bundan sonra da istənilən şəraitdə və bütün platformalarda birləşəcəyinə əminliyini ifadə edib. “Qardaş Azərbaycan üçün…
Daha çoxDay: May 28, 2025
COP29 sədrliyi Astana Beynəlxalq Forumunda iştirak edib
COP29 sədrliyinin nümayəndələri Astana Beynəlxalq Forumunda iştirak edərək iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Sədrlik iqlim dəyişikliyi ilə mübarizədə dinamikanı gücləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün dünya liderləri ilə əməkdaşlığa ümid edir”, – paylaşımda qeyd edilib.
Daha çoxAzərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın yolunda görülən işlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol…
Daha çoxSabah Bakıda 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 28-dən 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 40-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu…
Daha çox“28 May – Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub. Milli Kitabxanada bu tarixi və əlamətdar gün ilə əlaqədar “28 May – Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib. SİA xəbər verir ki, kitabxanadan verilən məlumata görə, virtual sərgidə müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar, habelə Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Daha çoxMehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!”
Daha çoxPolşa səfirliyindən Azərbaycan xalqına təbrik
Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Azərbaycanın 28 May – Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, rifah arzulayır və ən xoş diləklərini çatdırır. Müstəqillik Gününüz mübarək”, – paylaşımda vurğulanıb.
Daha çoxAzərbaycan nümunəvi liderlik nümayiş etdirir, regional əməkdaşlığa töhfə verir
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə AQEM-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “AQEM Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir! Hazırkı sədr ölkə kimi Azərbaycan çoxtərəfli dialoq, regional əməkdaşlıq və Asiyada ümumi sabitliyin təşviqində nümunəvi liderlik nümayiş etdirməyə davam edir. Əminik ki, bu səylər təşkilatın güclənməsinə, Asiyada təkmilləşdirilmiş əlaqələrə, rəqəmsallaşmaya və dayanıqlı inkişafa töhfə verəcək. Azərbaycan xalqına daha böyük tərəqqi, rifah və firavanlıq arzulayırıq”, – paylaşımda bildirilib.
Daha çoxNiderland Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik edib
Niderlandın Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Müstəqillik Gününüz mübarək! Bu xüsusi gündə Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq”, – paylaşımda vurğulanıb.
Daha çoxAğcabədidə kanalizasiya sistemində yaranmış tutulmalar aradan qaldırılıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ağcabədi şəhərində kanalizasiya sistemində yaranmış tutulmaları aradan qaldırıb. SİA agentliyə istinadən xəbər verir ki, bunun üçün xüsusi kanalizasiya yuyan maşın vasitəsilə 5 950 poqonmetr uzunluğunda kanalizasiya xətti yuyulub, 115 kanalizasiya baxış quyusu təmizlənib. Əlavə olaraq, rayon üzrə su və kanalizasiya sistemlərində baş verən 54 qəza aradan qaldırılıb, 63 sayğac yenisi ilə əvəz edilib. Hazırda şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. Bununla yanaşı, kənd təsərrüfatı sahələrinin vaxtında və normalara uyğun suvarılması üçün işlər davam etdirilir. Cari ildə 24 080 hektar taxıl sahəsinə səpsuvar və…
Daha çox