Şri-Lanka Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Şri-Lanka xalqı və hökuməti adından Azərbaycan xalqına və hökumətinə bu sevincli bayram münasibətilə ən xoş arzularımızı və səmimi salamlarımızı çatdırırıq”, – paylaşımda bildirilib.
Daha çoxDay: May 28, 2025
Laçında məskunlaşan sakinlərin sayı açıqlanıb
Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb. SİA xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib. Onun sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün 8 minə yaxın şəxsə elektron portalda icazə verilib. Məlumata görə, 30-31 mayda Bəylik kəndinə sakinlərin növbəti köçü başa çatacaq. H.Quliyev əlavə edib ki, hazırda Laçının gələcək inkişaf planında travmay xətti, kanat yolu, o cümlədən turistlərin bura səfəri üçün müxtəlif təyinatlı opbyektlərin tikilməsi planlaşdırılır: “Eyni zamanda Laçında Həkəri bulvarı mövcuddur. Onun uzunluğu 2 kilometrə çatır”.
Daha çoxÖzbəkistan XİN Azərbaycan xalqını təbrik edib
Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik edib. SİA xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Azərbaycan Respublikasındakı bütün dostlarımızı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!”, – paylaşımda qeyd olunub.
Daha çoxParisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib
Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli rəsmi qəbul keçirilib. SİA xəbər verir ki, qəbulda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, 107 il əvvəl müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın – Azərbaycan Demokratik Respublikasının (ADR) əsasının qoyulduğunu bildirib. Qeyd edib ki, ADR-in yaranması imperiyaların çökdüyü təlatümlü bir dövrə təsadüf edib. Böyük daxili və xarici çağırışlara baxmayaraq, Azərbaycan Demokratik Respublikası səmərəli dövlət institutları yaratmağa, insan hüquqlarının təmin edilməsinə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa nail olub. Səfir qeyd edib ki, Azərbaycanın müstəqilliyi məhz Paris Sülh Konfransında de facto tanınıb.…
Daha çoxABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir
ABŞ Dövlət katibi Marko Rubio Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Rubio bildirib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. “Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq”, – deyə Rubio əlavə edib. Onun sözlərinə görə, son…
Daha çoxDaha bir ölkədə evtanaziya qanuniləşdi
Fransa parlamentinin aşağı palatası evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, bu barədə “France-24” məlumat yayıb. Bildirilib ki, qanun layihəsi 305 lehinə və 199 əleyhinə səslə təsdiqlənib. Sənəd bundan sonra parlamentin yuxarı palatasında müzakirə olunacaq. Məlumata görə, evtanaziyadan yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər. Fransa səhiyyə naziri Ketrin Votrin qanun layihəsinin 2027-ci il prezident seçkilərinə qədər qüvvəyə minəcəyini bildirib. Qeyd edək ki, hazırda evtanaziya Kanada, Belçika, Portuqaliya, İspaniyada, Lüksemburq və Niderlandda qanunidir.
Daha çoxABŞ-dan Ukrayna ilə bağlı çağırış
Ukrayna münaqişəsinin tərəfləri gərginliyin daha da artmasına yol verməməli və sülh yolu ilə nizamlanması üçün danışıqlar aparmalıdırlar. SİA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus deyib. “Biz tərəfləri təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırırıq. Biz Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləməyə davam edirik. Prezident Donald Tramp ədalətli, davamlı sülhə gətirib çıxaracaq istənilən mexanizmi dəstəkləyir”, – Bryus qeyd edib.
Daha çox“SpaceX” dünyanın ən böyük raketini kosmosa göndərdi
İlon Maskın “SpaceX” şirkəti doqquzuncu sınaq uçuşunda kosmosa “Starship” kosmik gəmisinin prototipini daşıyan raket göndərib. SİA xəbər verir ki, raketin buraxılma anı qurumun “X” sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb. Raket dünən saat 19:36-da (28 may Bakı vaxtı ilə 03:36) ABŞ-ın Texas ştatındakı Starbase kosmodromundan buraxılıb. Əvvəlki iki buraxılış, mart və yanvar aylarında gəmilərin itməsi ilə başa çatıb. Bu dəfə şirkət “Starship”in işini yaxşılaşdırmaq üçün bir neçə eksperiment aparmaq və “Starlink” rabitə peyklərinin səkkiz simulyatorunu orbitə çıxarmaq niyyətindədir. “Starship” kosmik gəmisi və “Super Heavy” daşıyıcı aparatından ibarət təkrar istifadə edilə bilən…
Daha çoxVenesiyada ilk dəfə elektrikli su taksisi fəaliyyət göstərəcək
Venesiyada ilk dəfə olaraq tam elektriklə işləyən su taksisi fəaliyyət göstərəcək. SİA xəbər verir ki, “Lucietta” adlı qayıq 29 may – 2 iyun tarixlərində Venesiyada keçiriləcək qayıq şousunda təqdim olunacaq. “Lucietta”nın dizaynerləri qayığın Venesiyada elektrikli şəhər hərəkətliliyinin yeni paradiqmasını, eyni zamanda, ənənə ilə yenilik arasındakı tarazlığı təmsil etdiyini bildirirlər. İlk elektrikli su taksisi, həmçinin 27 avqust – 6 sentyabr tarixlərində keçiriləcək 82-ci Venesiya Film Festivalının zamanı aktyorların tarixi şəhərdən Lido adasına çatdırılmasında əsas olacaq.
Daha çoxKral Çarlz Kanadada parlamentin açılışında çıxış edib
Böyük Britaniya Kralı III Çarlz Kanadada parlamentinin yeni sessiyasının açılışı münasibətilə rəsmi nitqlə çıxış edib. SİA BBC-yə istinadla xəbər verir ki, o, bu nitqi Baş nazir Mark Karninin hökuməti tərəfindən hazırlanmış mətn əsasında səsləndirib. Çıxışında Kral, Kanada ilə ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan yeni iqtisadi və təhlükəsizlik münasibətlərinin qurulacağını və bunun hər iki suveren dövlətin maraqlarına xidmət edəcəyini bildirib. O əlavə edib ki, Kanada hökuməti ticarət müharibələrinin yaratdığı çətinliklərə sadəcə tab gətirməklə kifayətlənməyəcək, əksinə bu dövrdən daha güclü çıxmaq üçün yeni bir inkişaf dövrünün əsasını qoyacaq. Nitqinin sonunda Kral Çarlz…
Daha çox