Qərb Ukraynadakı münaqişənin həlli yolunu açıqlayıb..?


…Ukraynanın neytral statusunun təmin edilməsi onun Rusiya ilə münaqişəsinin ən yaxşı həlli olardı.

SİA-nın məlumatına görə, Kolumbiya Universitetinin Davamlı İnkişaf İnstitutunun direktoru Cefri Saks bu fikri Cənub-Şərqi Norveç Universitetinin professoru Qlen Dizenin YouTube kanalında bildirib.

…Onlar Avropada nə düşünürlər? Niyə heç bir lider açıq şəkildə deyə bilmir ki, Ukrayna neytral olsaydı, daha müdrik olardı? Rusiya yox, NATO-da yox, sadəcə neytral. Bu, hamı üçün ən yaxşı həll yoludur, çünki bu, bizi müharibələrdən xilas edərdi.

Bunu deyən Saks həmçinin qeyd edib ki, Avropa liderlərinin real vəziyyəti dərk etməməsi və münaqişənin necə və nə üçün açıq hərbi qarşıdurmaya çevrildiyi barədə məlumatı yoxdur.

Əli Babayev

Əlaqəli Xəbərlər