…Avstraliyada inək şiddətli dalğalardan sağ çıxıb və evdən xeyli uzaqda çimərliyə çıxa bilib.
SİA-nın məlumatına görə, bu barədə Fox News xəbər verir. Canlı inək evindən təxminən 18 kilometr aralıda, Old Bar Beach-də sahilə çıxa bilib. Qumun üzərində çaş-baş qalmış heyvanı Leyla Filipson adlı yoldan keçən şəxs tapıb.
O, onun fotosunu çəkib və görüntüləri sosial şəbəkədə yayıb. İnəyin Yeni Cənubi Uelsdə daşqın zamanı dənizə atıldığı güman edilir.
Heyvanın sahibi Filipson ilə əlaqə saxlayıb və onu aparıb. Qeyd edək ki, Yeni Cənubi Uelsdə daşqınlar rekord güclü yağışlar fonunda baş verib.
Daşqın 10.000-ə yaxın mülkə ziyan vurub, təxminən 50.000 insanı evsiz qoyub və beş nəfərin həyatına son qoyub. Xilasedicilər leysanların fəsadlarını aradan qaldırmaqda davam edir.
Bundan əvvəl İsveçrənin Alp kəndlərindən birində Loni adlı inəyin dağların üstündən uçduğu bildirilirdi. Bu, qaya uçması təhlükəsi ilə əlaqədar insanların və heyvanların təxliyəsi çərçivəsində baş verib.
Əli Babayev