“SpaceX” dünyanın ən böyük raketini kosmosa göndərdi


İlon Maskın “SpaceX” şirkəti doqquzuncu sınaq uçuşunda kosmosa “Starship” kosmik gəmisinin prototipini daşıyan raket göndərib. SİA xəbər verir ki, raketin buraxılma anı qurumun “X” sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb. Raket dünən saat 19:36-da (28 may Bakı vaxtı ilə 03:36) ABŞ-ın Texas ştatındakı Starbase kosmodromundan buraxılıb. Əvvəlki iki buraxılış, mart və yanvar aylarında gəmilərin itməsi ilə başa çatıb. Bu dəfə şirkət “Starship”in işini yaxşılaşdırmaq üçün bir neçə eksperiment aparmaq və “Starlink” rabitə peyklərinin səkkiz simulyatorunu orbitə çıxarmaq niyyətindədir. “Starship” kosmik gəmisi və “Super Heavy” daşıyıcı aparatından ibarət təkrar istifadə edilə bilən raket sisteminin hündürlüyü 120 m-dən çoxdur. O, dünyada indiyə qədər hazırlanmış hər hansı digər raketdən daha hündürdür.

Əlaqəli Xəbərlər