Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Müstəqillik Günün mübarək Azərbaycan! Ukrayna strateji tərəfdaşlığımızı, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi qiymətləndirir. Azərbaycan xalqına sülh, rifah və birlik arzulayıram”, – paylaşımda vurğulanıb.