Səsvermənin ilk günü rekord sayda seçici səs verib…

Cənubi Koreyada iyunun 3-də keçiriləcək prezident seçkisi ilə əlaqədar ölkədaxili erkən səsvermənin ilk günü olan mayın 29-da rekord sayda seçici səs verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkə üzrə seçicilərin 19,58 faizi (8,69 milyon nəfər) erkən səsvermədə iştirak edib. Bu, Cənubi Koreyada erkən səsvermənin tətbiqinin başlamasından bəri (2014) rekord göstəricidir. Bundan əvvəl ən yüksək nəticə isə (17,57 faiz) 2022-ci ildəki prezident seçkisində qeydə alınıb. Erkən səsverməyə maraq o qədər böyük olub ki, seçki məntəqələrində uzun növbələr yaranıb. MSK erkən səsvermə zamanı bəzi məntəqələrdə yaranan sıxlığa görə məsuliyyətini etiraf…

Daha çox

İT mütəxəssisləri daha çox Sankt-Peterburqa can atırlar…

…Müxtəlif peşə sahibləri olan ruslar yay tətili ilə bağlı planlarını açıqlayıblar. SİA rus saytlarına istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, İT mütəxəssislərinin 70 faizi tətilini Rusiyada keçirməyi planlaşdırır. Bu peşənin nümayəndələri üçün əsas istirahət şəhəri Sankt-Peterburq olub. Bundan əlavə, İT mütəxəssisləri Mineralnıye Vodı, Soçi, Kareliya və Kalininqradı seçirlər. Eyni zamanda, nəqliyyat və logistika sektorunun nümayəndələri arasında respondentlərin 84 faizi Rusiyada tətil planlarını qeyd edib. Onlar da səyahət üçün ən çox Soçi, Krasnodar, Mineralnıye Vodı, Sankt-Peterburq və Kareliyanı seçirlər. Qeyd olunur ki, istehsal sektorundan olan mütəxəssislərin 80 faizi xaricə getməyi…

Daha çox

Çin və Azərbaycan yaxşı dost və tərəfdaşlardır

Çin və Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün göstərilən dəstəyə və səylərə görə bütün dostlara təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bugünkü qəbulun təşkilinə görə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə minnətdarlığımızı ifadə etmək istərdim. Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən Azərbaycanda səfir təyin olunmağım mənim üçün böyük şərəfdir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri Lu Mey mayın 29-da Heydər Əliyev Mərkəzində keçirilən qəbulda çıxışı zamanı bildirib. “Bu gözəl və rəngarəng ölkənin torpağına ilk dəfə qədəm qoyanda, qarşımdakı missiyanın məsuliyyətini dərindən dərk etməklə yanaşı,…

Daha çox

Ursula Fon der Lyayen “Karl” mükafatına layiq görülüb

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “Karl” beynəlxalq mükafatına layiq görülüb. O, Avropanın lideri və dünyada Avropanın güclü səsi kimi bu mükafata layiq görülüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Almaniyanın Aaxen şəhərində keçirilən təqdimat mərasimində 700-dək nüfuzlu qonaq, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Almaniyanın Kansleri Fridrix Merts, İspaniya Kralı V Felipe iştirak ediblər. U.Lyayen çıxışında dünyadakı böhranlar fonunda Avropanın müstəqilliyinin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkərək deyib: “Avropanın yenidən ayağa qalxmasının və növbəti böyük Avropa layihəsini həyata keçirməsinin vaxtı çatıb”. Son dövrlərdə artan geosiyasi…

Daha çox

BMT Təhlükəsizlik Şurası bu gün Ukrayna ilə bağlı iclas keçirəcək

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Kiyevin nə gözlədiyini açıqlayıb. …Rusiyanın mülki əhalinin tələfatı ilə nəticələnən hücumları dalğasından sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Kiyev tərəfdaşlarından sülh prosesinin əsası kimi atəşkəs tələbini dəstəkləyəcəyini gözləyir. SİA xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa məlumat verib. …Bu axşam Ukraynanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası mühüm iclas keçirəcək. Bunu Sibiqa deyib. …Ukrayna ABŞ və avropalı tərəfdaşlarla birlikdə sülh səylərini irəlilətməyə tam sadiqliyini təsdiq edəcək, – nazir…

Daha çox

Azərbaycan-ABŞ əlaqələrinin vəziyyət və perspektivləri müzakirə olunub

Mayın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov, Senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox

Ukraynanın 2 iyun danışıqları ilə bağlı mövqeyi bəlli olub..?

…Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi Rusiyanın iyunun 2-də keçirilməsini təklif etdiyi İstanbul görüşü ilə bağlı suala birbaşa cavab verə bilməyib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkəsində məlumat yayılıb. …Biz Rusiyadan sənəd gözləməyə davam edirik, -deyib. Rəsminin sözlərinə görə, Ukrayna tərəfi konstruktiv olarsa, istənilən formatda görüşlərə hazırdır..? Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya tərəfinin iyunun 2-də İstanbulda danışıqların ikinci raundunu keçirməyə hazır olduğunu bildirmişdi. O, aydınlaşdırıb ki, Moskvanın mövqeyi dəyişməz olaraq qalır: nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq…

Daha çox

Doğrudanmı, Türkiyə turizmi fəlakətlə üz-üzədir..?

…Turist axınının azalması səbəbindən Türkiyənin turizm fəlakəti ilə üzləşəcəyi proqnozlaşdırılır. SİA-nın məlumatına görə, internetdə xəbərlər yayılır ki, baha qiymətlər səbəbindən turistlər Türkiyə kurortları əvəzinə başqa istiqamətlər seçməyə başlayıblar, Hindistan sakinləri isə siyasi səbəblərdən ölkəyə səyahət etməkdən tamamilə imtina ediblər. Rusiyalı turizm ekspertinin fikrincə, Türkiyədə faktiki mənzərə fərqlidir və “fəlakətin” miqyası çox şişirdilib. Məsələn, ölkə heç vaxt Hindistandan böyük turist axını ilə öyünə bilməyib, lakin ruslar üçün bölgə dənizkənarı tətillər və birbaşa uçuşlar üçün ən əlçatan yerlərdən biri olaraq qalır. Bundan əlavə, Türkiyə ölkənin Avropa hissəsinə yaxın ərazidə yerləşir. Mütəxəssis Türkiyəyə…

Daha çox

“ABŞ gəncləri Trampı məhkəməyə verir…”

Amerikalı gənc qız Trampın siyasətini “öz nəsli üçün ölüm hökmü” adlandırır …Yaşı 7-25 arasında olan 22 gənc amerikalı ABŞ prezidenti Donald Trampın administrasiyasını konstitusion həyat və azadlıq hüququnu pozmaqda ittiham edərək məhkəməyə verib. Onların fikrincə, ABŞ liderinin imzaladığı neft, qaz və kömür hasilatının stimullaşdırılmasına, eləcə də yaşıl enerjinin inkişafının qarşısının alınmasına yönəlmiş fərmanlar iqlim böhranını daha da gücləndirir və gələcək nəsillərin sağlamlığına təhlükə yaradır. İqlim dəyişikliyindən ən çox zərər çəkən ştatları – Montana, Havay, Oreqon, Kaliforniya və Florida ştatlarını təmsil edən iddiaçılar Trampın ətraf mühiti və ictimai…

Daha çox

Naxçıvanda növbəti “SUVAR!” aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyi gücləndirmək, ekoloji məsuliyyət hissini artırmaq və iqlim dəyişikliklərinə qarşı maarifləndirməni genişləndirmək məqsədilə təşkil olunan “SUVAR!” ekoloji aksiyası növbəti dəfə baş tutub. SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, budəfəki aksiya Naxçıvan Dövlət Universitetinin ərazisində keçirilib. Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində ərazidəki ağaclara aqrotexniki qulluq göstərilib, torpaq yumşaldılıb, qurumuş budaqlar budanıb və suvarma işləri aparılıb. Aksiyanın diqqətçəkən məqamlarından biri könüllü…

Daha çox