…Rusiyanın mülki əhalinin tələfatı ilə nəticələnən hücumları dalğasından sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Kiyev tərəfdaşlarından sülh prosesinin əsası kimi atəşkəs tələbini dəstəkləyəcəyini gözləyir.
SİA xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa məlumat verib.
…Bu axşam Ukraynanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası mühüm iclas keçirəcək.
Bunu Sibiqa deyib.
…Ukrayna ABŞ və avropalı tərəfdaşlarla birlikdə sülh səylərini irəlilətməyə tam sadiqliyini təsdiq edəcək, – nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ukrayna vurğulamağı planlaşdırır ki, Rusiya sülh prosesini geridə qoysa, Ukraynaya və onun xalqına qarşı amansız hücumlar həyata keçirsə də, təcavüzkara qarşı təzyiqlər artmaqda davam etməlidir.
Əli Babayev