İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?





Siciliya “Coza Nostra” və Neapoldakı Kamorra həm ölkə daxilində, həm də beynəlxalq alyanslar yaradır…



…İtalyan mafiyası narkotik ticarəti, fahişəlik və çirkli pulların yuyulmasındakı münaqişədən əməkdaşlığa keçir.

SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu barədə Milli Antimafiya Direktorluğunun mayın 27-də dərc olunmuş illik hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, Siciliyanın “Coza Nostra” və Neapoldakı Kamorra həm ölkə daxilində, həm də xaricdə ittifaqlar yaradır,Kalabrianın “Ndranqheta” isə getdikcə daha çox dövlət infrastruktur layihələrinə nəzarət edir.

Milli Antimafiya Direktorluğunun direktoru Mikele Karbone, “…birgə yaşamaq sabit sinerjilərin formalaşmasına töhfə verdi”-deyə bildirib.

Mafiyanın Aİ tərəfindən maliyyələşdirilən Covid-dən sonrakı bərpa fondu, Siciliya ilə materik arasında körpünün tikintisi, eləcə də 2026-cı il Qış Olimpiya Oyunlarına hazırlıqla bağlı layihələrə sızmağa çalışdığı da qeyd edilir. Xüsusilə, 2024-cü ildə inzibati antimafiya tədbirlərinin tətbiqi hallarının 38 faizi tikinti sənayesinin payına düşüb – 200 tikinti obyektində araşdırmalara başlanılıb.

Karbone qeyd edib ki, departament mafiyanın Messina boğazı üzərindən körpünün tikintisinə sızmaq üçün istənilən cəhdini dayandırmağa hazırdır.

Hesabatda cinayətkarların şifrəli rabitə kanallarından istifadə etdiyi və dronlar vasitəsilə məhbuslarla əlaqə saxladığı mafiyanın artan texnoloji təkmilləşməsi də vurğulanır.

Çinin yeraltı bank şəbəkələri pulların yuyulması üçün getdikcə daha çox istifadə olunur. Eyni zamanda, mafiya sosial şəbəkələrdə nümayişkaranə güc nümayişlərindən istifadə edərək, sosial cəhətdən həssas gəncləri “uşaq dəstələri” adlandırılan qruplara fəal şəkildə cəlb edir.

Fevralda hüquq-mühafizə orqanlarının İtaliyanın Siciliya adasında “Coza Nostra” mafiya klanına qarşı genişmiqyaslı reydi keçirilib və bu reyd zamanı 180-dən çox insan saxlanılıb.

Aprelin əvvəlində İtaliya və Almaniyada italyan mafiya klanı “Ndranaheta”ya qarşı paralel reydlər keçirilib və onlarla şübhəli saxlanılıb.

Əli Babayev

Əlaqəli Xəbərlər