Ali Məhkəmə qərar verib

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. SİA xəbər verir ki, qərar Ali Məhkəmədə baxılan cinayət işi üzrə verilib. İşin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edib. Şəxs şikayətində qarşı tərəfin “Tiktok” sosial şəbəkəsində yayımlanan sosial platformada onun barəsində təhqir və böhtan məzmunlu məlumatlar yaymaqla onun şərəf və ləyaqətini alçaltdıqlarını qeyd edib. Barələrində şikayət…

Daha çox

“Hər bir insan ətrafında tanıdığı uşağa öz övladı kimi yanaşmalıdır”

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyada uşaqların hüquqlarının qorunması, onların sağlam və xoşbəxt böyüməsi, təhsilə və sosial rifaha çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu əlamətdar gün münasibətilə Azərbaycanda həyata keçirilən uşaq yönümlü dövlət siyasətinə nəzər salmaq yerinə düşər”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva deyib. Jalə Əliyeva sözlərinə belə davam edib: “Uşaqlar cəmiyyətin və dövlətin gələcəyidir. Onlar gələcəyin qurucuları, inkişafın daşıyıcıları və sabahın liderləridir. Məhz bu səbəbdən də Azərbaycanda uşaqlara xüsusi diqqət və qayğı göstərilir.…

Daha çox

Orta əməkhaqqı 6 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 303,2 manat təşkil edib. Bu barədə SİA-ya Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-fevral ayları ilə nisbətən 5,9 % artıb. Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 artaraq 1 043,6 manat təşkil edib.

Daha çox

Azərbaycanda minimum əməkhaqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb

Son illərdə Azərbaycanda beş böyük sosial islahat paketi həyata keçirilib, minimum əməkhaqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 29-da Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, cari ildə icrasına başlanılmış yeni islahat paketi üç milyon nəfəri əhatə edir: “Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı isə…

Daha çox

Baş prokuror Lənkəranda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev iyunun 3-də Lənkəranda vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Kamran Əliyev cari il iyunun 3-də, saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Astara və Lerik rayon sakinlərinin qəbulunu keçirəcək: “Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial…

Daha çox

Meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilir

Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bununla bağlı Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi təklif olunur. Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib. İclasda qeyd olunub ki, qanun layihəsi “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində…

Daha çox

Bakıda beynəlxalq konfrans keçirilir

Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, konfrans Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı və Dövlət Sosial Müdafiə Fondunun ev sahibliyi ilə baş tutur. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və bir sıra ölkələrin sosial təminat qurumlarının rəhbərləri iştirak edir.

Daha çox

Din xadimləri Azərbaycana səfər edəcək

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti mayın 29-da Azərbaycana səfər edəcək. SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi xaricdə yaşayan azərbaycanlılarla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsidir. Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olacaq, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı, Türk Şəhidliyi abidəsini ziyarət edəcək. Nümayəndə heyəti Bakıda yerləşən ibadətgahların da fəaliyyəti ilə tanış olacaq. Bundan başqa, Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 28-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.58% – 42,098.70 bəndədək, S&P 500 indeksi 0.56% – 5,888.55 bəndədək, Nasdaq indeksi isə 0.51% – 19,100.94 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 28-də FTSE 100 indeksi 0.59% – 8,726.01 bəndədək, Almaniyanın DAX indeksi 0.78% – 24,038.19 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.49% – 7,788.10 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.40% artaraq 1.1247 dollar təşkil edib.

Daha çox

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları, yaxud 2,03 % artaraq 67,78 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,51 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,38 ABŞ dolları və ya 2,11 % artaraq 66,53 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox