Kanada müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq

Kanada hökuməti yaxın illərdə, o cümlədən NATO daxilində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Devid Makqintiyə istinadla CBC telekanalı məlumat yayıb. Məlumata görə, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Ottavada Kanada və xarici silah şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib. Nazir onları “Kanadanın müdafiə qabiliyyətinin yenidən qurulması” üçün federal büdcədən əhəmiyyətli məbləğlərin tezliklə ayrılmağa başlayacağı faktına hazır olmağa çağırıb. Ölkənin yeni büdcəsinin payızda təqdim ediləcəyi gözlənildiyi üçün Makqinti konkret parametrlər təqdim etməyib.

Daha çox

Bu gün 33 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, mayın 28-dən 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 40-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Şərq…

Daha çox

ABŞ Rusiyanın enerji və bank sektorlarına qarşı sanksiya paketi hazırlayır

ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Rusiyaya qarşı potensial sanksiyalar paketi hazırlayır. SİA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb. Qəzetin məlumatına görə mümkün sanksiyalar Rusiyanın enerji və bank sektorunu hədəfə alacaq. “Washington Post” isə iddia edir ki, Vaşinqtonun Moskva ilə bağlı siyasətində hər hansı dəyişiklik ABŞ prezidenti Donald Trampın şəxsi seçimlərindən asılı olacaq.

Daha çox

Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 41 ailə – 163 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman…

Daha çox

Liverpulda baş verən insident zamanı yaralananların sayı 79-a çatıb

Futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı baş verən insident nəticəsində yaralananların sayı 79-a yüksəlib. SİA “Reuters”ə istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzindəki” Water Street” küçəsində qeydə alınıb. İzdihamın içərisinə sürülən avtomobil onlarla insanın xəsarət almasına səbəb olub. Yaralılardan yeddisi hazırda xəstəxanadadır və onların vəziyyətinin sabit olduğu bildirilir. Polis hadisə ilə bağlı istintaqı davam etdirir. 53 yaşlı sürücü artıq saxlanılıb və onu dindirmək üçün hüquq-mühafizə orqanlarına əlavə vaxt verilib. Şəxs qəsdən adam öldürməyə cəhd, təhlükəli sürücülük və narkotik maddələrin təsiri altında…

Daha çox

Almaniya və Ukrayna saziş imzaladı

Almaniya və Ukrayna Müdafiə nazirliklərinin rəhbərləri Boris Pistorius və Rustem Umerov Ukraynada uzaqmənzilli silahların istehsalının Berlin tərəfindən maliyyələşdirilməsinə dair saziş imzalayıblar. SİA xəbər verir ki, bu barədə Almaniya departamenti məlumat yayıb. “Pistorius və onun ukraynalı həmkarı Berlində Ukraynada uzaqmənzilli silahların istehsalının maliyyələşdirilməsinə dair saziş imzalayıblar. Bundan əlavə, Ukrayna ilə Almaniyanın müdafiə sənayesi arasında müqavilə bağlanıb”, – deyə məlumatda bildirilir. Pistorius həmçinin Kiyevə 5 milyard avro məbləğində hərbi dəstək vəd edib.

Daha çox

Əlcəzairdə Müstəqillik Günü qeyd olunub

Azərbaycanın Əlcəzairdəki səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edib. SİA xəbər verir ki, tədbirdə Əlcəzair Xalq Demokratik Respublikasının (ƏXDR) dövlət və hökumət nümayəndələri, Əlcəzair Parlamentinin və Senatının üzvləri, dövlət qurumlarının nümayəndələri, iş adamları, Əlcəzair Xarici İşlər Nazirliyinin əməkdaşları, tanınmış siyasi və ictimai xadimlər, akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Əlcəzairdə yaşayan həmvətənlərimiz və aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Tədbirdə Əlcəzair hökumətini Dövlət naziri, ƏXDR-in energetika və mədənlər naziri Məhəmməd Ərkab təmsil edib. Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra səfir Tural…

Daha çox