Böyük Britaniya Arktikaya daimi qoşun yerləşdirməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Deyli Teleqraf” nəşri məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu Arktikada Estoniyada çoxmillətli NATO batalyonu çərçivəsində yerləşdirilmiş təxminən 1000 nəfərlik britaniyalı hərbçi kontingentinə bənzər şəkildə təmsil oluna bilər.
Daha çoxDay: May 29, 2025
Qətərdə üç bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Azərbaycan səfirliyinin təşəbbüsü ilə Qətərin paytaxtı Dohada yerləşən üç bina 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. SİA xəbər verir ki, “Sheraton Grand Doha” və “Century Marina” hotelləri, eləcə də “Hospital Doha” binaları üçrəngli bayrağımızın rənglərinə boyanıb.
Daha çox“Apple”dan gözlənilməz qərar
“Apple”dan gözlənilməz qərar
Daha çoxMoldova Prezidenti İlham Əliyevi təbrik edib
Moldova Prezidenti Maya Sandu azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram. Sizi Avropa Siyasi Birliyinin Tiranada keçirilən Zirvə toplantısı zamanı görməkdən çox məmnun oldum. Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və mən ikitərəfli dialoqumuzun möhkəmləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirəm. Əminəm ki, birgə səylərimizlə biz vətəndaşlarımızın qarşılıqlı rifahı naminə enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi əsas sahələrdə əməkdaşlığımızın bütün potensialını üzə çıxarmağa…
Daha çoxİlon Mask iyun ayında Texasda pilotsuz taksiləri işə salmağı vəd edib
“Tesla” şirkətinin rəhbəri İlon Mask keçən həftə Ostin (Texas ştatı) küçələrində iyun ayının sonunadək pilotsuz taksilərin istifadəyə veriləcəyini vəd etsə də, bir sıra mənbələrin verdiyi məlumata görə, bu məqsədlə zəruri razılaşdırmaların çoxu hələ də həyata keçirilməyib. SİA “Fortune” nəşrinə istinadla xəbər verir ki, “Tesla” hələ Ostinin fövqəladə hallar xidmətləri ilə mümkün qəzalar zamanı pilotsuz taksilərlə necə davranmaq barədə təlimlər keçirməyib. Halbuki bu cür təlimlər digər şirkətlər üçün xidmətə başlamazdan əvvəl mütləq qaydada təşkil edilir. Hətta “Tesla” bu mövzuda aidiyyatı qurumlara heç bir yazılı təlimat da təqdim etməyib. Bundan başqa, “Tesla”…
Daha çoxAnkara, Bakı və İslamabad arasında həmrəylik və əməkdaşlıq seçim məsələsi deyil, zəruri ehtiyacdır
Türkiyə, Azərbaycan və Pakistan Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat, enerji və ərzaq sahələrində çoxsaylı çağırışların mövcud olduğu strateji əhəmiyyətli hissələrində yerləşir. Burada baş verənlərin fonunda ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır. SİA xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə ifadə edib. Türkiyə Prezidenti bildirib ki, üç ölkənin Xarici İşlər nazirliklərinə Ankara, Bakı və İslamabad arasında gələcək əməkdaşlıq üçün struktur bazanın formalaşdırılması istiqamətində addımlar atmaq tapşırılıb. “Ölkələrimiz arasında ticarət, investisiya,…
Daha çoxPapa XIV Leo Qəzzada atəşkəs çağırışı edib
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzzada atəşkəsin əldə olunmasının vacibliyini bildirib. SİA xəbər verir ki, Roma Papası Müqəddəs Pyotr Meydanına toplaşan insanlar qarşısında çıxışında Yaxın Şərqdə tez bir zamanda sülhə nail olunmasına, eləcə də atəşkəs və humanitar qanunlara əməl edilməsinə çağırış edib. “Atəşkəs təmin edilməli, bütün girovlar azad olunmalı, humanitar qanunlara tam əməl edilməlidir”, – deyə Papa XIV Leo bildirib.
Daha çoxRusiya yeni vergi artımlarını müzakirə etməyə başlayır..?
Rusiya bu il neft və qaz gəlirlərinin ikirəqəmli azalması ilə üzləşib..? …Rusiya Dövlət Dumasının deputatları bu il neft və qaz gəlirlərində ikirəqəmli azalma müşahidə olunan federal xəzinəni doldurmaq üçün vergi artımı ssenarilərini yenidən müzakirə edirlər..? Dövlət Dumasının Büdcə Komitəsinin mayın 26-da keçirilən iclasında banklar, eləcə də neft şirkətləri üçün vergilərin artırılması ilə bağlı təkliflər irəli sürülüb. SİA-nın məlumatına görə, bunu komitə sədri Andrey Makarov “İnterfaks”a bildirib. Makarovun fikrincə, hər iki ideya real deyil. Neft şirkətləri sanksiyalar altında olduqları üçün artıq ödəyə bilmirlər, o, belə izah…
Daha çoxAİ Azərbaycanla sıx tərəfdaşlıq qurmaq niyyətindədir
Avropa Komissiyası (AK) və Avropa Xarici Siyasət Xidməti mayın 28-də Brüsseldə Avropa İttifaqının (Aİ) Qara dəniz regionu üçün yeni strategiyasını təqdim edib, bu strategiya regionun ölkələri, o cümlədən Azərbaycanla daha sıx qarşılıqlı əlaqəni nəzərdə tutur. SİA bu barədə Avropa Komissiyasının məlumatına istinadən xəbər verir. “Qara dəniz regionunda təhlükəsizlik və sülhün təşviq edilməsi üçün Avropa İttifaqının fəal rolu həlledici əhəmiyyətə malikdir. Biz regionda təhlükəsizlik və sabitliyi gücləndirmək üçün qonşularımızla sıx əməkdaşlıq edəcəyik”, – AK sədri Ursula fon der Lyayen bildirib. Avropa Komissiyasının bəyanatında qeyd olunub ki, bu strategiya Avropanın Cənubi Qafqaz,…
Daha çoxİranın xüsusi xidmət orqanları bunu agent həbsindən sonra öyrəniblər…
Media: Mərkəzi Kəşfiyyat İdarəsi agentləri ilə əlaqə saxlamaq üçün “Ulduz döyüşləri” fanat saytlarından istifadə edirdi …2000-ci və 2010-cu illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi “Ulduz döyüşləri” fanat saytından xaricdəki agentlərinə arxa qapı kanalı kimi istifadə edirdi. SİA xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə mütəxəssis Çiro Santillinin araşdırmasına istinadən 404 Media nəşri məlumat yayıb. Söhbət hazırda idarənin saytına yönləndirilən “starwarsweb.net” saytından gedir. Adi istifadəçilər onu ziyarət edirlər və heç bir şeydən şübhələnmədən tematik məzmunu oxuyurlar. Bununla da agentlər parolu axtarış çubuğuna daxil edib və Mərkəzi…
Daha çox