Soyqırımı və müharibə cinayətlərinə görə 2017-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçin səhhətinin daha da pisləşdiyi və vəziyyətinin ağır olduğu bildirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, həkimlər Haaqadakı həbsxanada səhhəti pisləşdikdən sonra xəstəxanada müalicəsi davam etdirilən “Bosniya qəssabı” ləqəbli R.Mladiçin ailəsinə onun xəstəliyinin sağalmaz olduğunu və cəmi bir neçə ay ömrünün qaldığını deyiblər. Xatırladaq ki, Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı R.Mladiçi soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib və o, ömürlük həbs cəzasına məhkum olunub.…
Daha çoxDay: May 29, 2025
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi
107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb.
Daha çoxSaxta attestatlar Rusiyada hazırlanıb..?
Belarusda, Minskdə iki abituriyent universitetin qəbul komissiyasına saxta attestat gətirib. SİA-nın məlumatına görə, bununla bağlı təfərrüatları Dövlət Məhkəmə Ekspertizası Komitəsinin mətbuat xidmətindən veriblər. …Bu ilin mart ayında paytaxt ali məktəblərindən birinin qəbul komissiyası təhsilə qəbul üçün sənədləri qəbul edib, – deyə idarədən bildirilib. Dövlət Komitəsindən verilən məlumata görə, iki abituriyentin təqdim etdiyi sənədlərin siyahısına Rusiya müəssisələri tərəfindən verilmiş orta təhsil haqqında attestatlar daxil edilib. Sözügedən sənədlər komissiya üzvlərində onların həqiqiliyinə şübhə yaradıb. Polis əməkdaşları arayışları müsadirə edərək sənədlərin məhkəmə-texniki ekspertizasına göndəriblər. Mütəxəssislər müəyyən ediblər ki, orta təhsil haqqında adları çəkilən…
Daha çoxƏminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq
Əziz qardaşlarımın – Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib. “Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi…
Daha çoxTramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi dayandırıb..?
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi dayandırdığını açıqlayıb. SİA-nın məlumatına görə, Ağ evdə Oval Ofisdə jurnalistlərə açıqlamasında o, bunu Ukrayna ilə danışıqlara müdaxilə etmək istəmədiyi üçün etdiyini bildirib. “Əgər razılaşma əldə etməyə yaxın olduğumu düşünürəmsə, bunu etməklə onu pozmaq istəmirəm”,- deyə Tramp əlavə edib. O, Rusiyanın üç ildir davam edən müharibəyə son qoymaq üçün razılığa gəlməyə hazır olub-olmadığını təqribən iki həftədən sonra biləcəyini deyib.
Daha çox