Qayıdış mexanizmləri barədə müzakirələr aparılıb…

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi növbəti ekspert görüşünü icra edib Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birlyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində növbəti ekspert görüşü fəaliyyətini icra edib. SİA xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiya çərçivə sənədi təqdim olunub.Sənədin təqdimatında əsas məqsəd bu sahədə fəaliyyət göstərən ekspertlərin rəylərini almaq və beynəlxalq təqdimat zamanı üstünlük verilməsi məqsədə uyğun hesab edilən tezisləri əldə etməkdir.…

Daha çox

Nazir Fərid Əhmədov Özbəkistanda IV Beynəlxalq Hüquq Forumunda iştirak edir

Ədliyyə naziri Fərid Əhmədov Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV Beynəlxalq Hüquq Forumunda iştirak edir. SİA xəbər verir ki, Fərid Əhmədov Forumun əsas plenar iclasında hüquqi təhsil və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu barədə çıxış edib. Bu sahədə müasir çağırışlar və yeni trendlərlə bağlı danışan nazir Ədliyyə Nazirliyi tərəfindən hüquqi təhsil sahəsinin inkişafı və hüquq sisteminin müasirləşdirilməsi baxımından əhəmiyyətli addımlar atıldığını qeyd edib. Forumda elektron hökumət və dövlət xidmətlərinin rəqəmsallaşdırılması, ədliyyə sahəsində süni intellektin tətbiqi, rəqəmsal notariat, məhkəmə ekspertizası sahəsində texnoloji yeniliklər, hüquqi təhsil…

Daha çox

Laçın Zirvəsindən dostluq və qardaşlıq mesajları

Prezident İlham Əliyev: “Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır” Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi tarixə düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmaları. tarixi-dini köklər və qardaşlıq münasibətləridir. Tarixən möhkəm bağlılıqlar ölkələr arasında həqiqətən də qardaşlıq və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərmişdir. Azərbaycan-Türkiyə-Pakistan münasibətləri və strateji tərəfdaşlıq bu gün də yüksələn xətlə inkişaf etməkdədir. Ölkələr qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyiblər və bu gün də belədir.…

Daha çox

“Tramp-ın tarif siyasəti yeni dönüş edir…”

Çip istehsalçıları, banklar və avtomobil sənayesi qazandı..? …ABŞ Ticarət Məhkəməsinin qərarı ABŞ prezidenti Donald Trampın əsas tarif təşəbbüslərini qismən bloklayıb və onun səlahiyyətlərindən sui-istifadə etdiyini müəyyən edib. Bu, maliyyə bazarları üçün qısamüddətli rahatlama təmin edib. SİA-nın məlumatına görə, bunu Reuters xəbər verir. Bununla belə, analitiklər qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin qaldığını düşünürlər. ABŞ-ın ən böyük ticarət tərəfdaşları olan ölkələr arasında həm Almaniya, həm də Avropa Komissiyası davam edən məhkəmə proseslərini əsas gətirərək, qərarı şərh etməkdən imtina ediblər. …Biz Avropa İttifaqı və ABŞ hökuməti arasında qarşılıqlı faydalı əməkdaşlığa…

Daha çox

UNEC-də Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu keçirilib. Forumda dövlət və özəl sektorların rəhbərləri, işəgötürənlər, yerli və xarici ekspertlər, elm adamları və digər qonarlar iştirk ediblər. Açılış nitqi ilə çıxış edən Tədris üzrə prorektor dosent Gəray Musayev UNEC-in 95 illik yubileyi çərçivəsində keçirilən forumun məqsədinin universitetlərlə işəgötürənlər arasında əməkdaşlığı gücləndirmək və gənclərin əmək bazarına hazırlığını artırmaq olduğunu deyib. Prorektor UNEC-in bu istiqamətdə məqsədini açıqlayıb: “Müasir ali təhsilin əsas məqsədi tələbələri yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqlar və çevik düşüncə ilə…

Daha çox

11 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 11 fiziki şəxsə verilmiş sığorta agenti lisenziyasının qüvvəsinin 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi nəzərə alınaraq mayın 27-də qəbul olunub.

Daha çox

Laçından verilən tarixi mesaj: qardaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi

28 May – Azərbaycan tarixində müstəsna önəm daşıyan bir gündür. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşdü. Bu əlamətdar gündə– 28 may 2025-ci ildə Prezident İlham Əliyevin işğaldan azad olunmuş Laçın şəhərində etdiyi çıxış həm tarixi yaddaşın təntənəsi, həm də yeni reallıqların bəyanı oldu. Türkiyə və Pakistan liderlərinin də iştirak etdiyi bu tədbir yalnız bayram xarakteri daşımırdı – bu, həm də Azərbaycanın müasir dünyaya verdiyi güclü siyasi, mənəvi və strateji mesaj idi. Cənab Prezidentin çıxışında səsləndirilən fikirlər təkcə keçmişin qiymətləndirilməsi deyil, eyni zamanda…

Daha çox

Yüzlərlə iş adamı Kosovonun paytaxtına gedən yolları bağlayıb

Elektrik enerjisinin bahalaşmasına görə… Qismən tanınan Kosovonun yüzlərlə sahibkarı cümə axşamı günü hökumətin açıq bazarda elektrik enerjisini baha qiymətə almağa məcbur edən qərarına etiraz olaraq Priştinaya gedən yolları bağlayıb. SİA-nın məlumatına görə, bunu Avropa Pravdası Reuters-ə istinadən xəbər verir. Hələ mart ayında Kosovo tənzimləyicisi iyunun 1-dən etibarən 50-dən çox işçisi və ya dövriyyəsi 10 milyon avrodan çox olan bütün şirkətlərin elektrik ödənişləri üçün subsidiyalara arxalana bilməyəcəyini elan edib. Tənzimləyici bildirib ki, bu addım onun Avropa İttifaqına qoşulmaq üçün şərt olan “bazarın liberallaşdırılması”na sadiqliyini əks etdirir.…

Daha çox

Deputat Vüqar Rəhimzadə şəhid ailələrini və 100 yaşlı sakini evlərində ziyarət edib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Behrud kəndindən olan şəhidlər Rzayev Cəmil Novruz oğlunun və Şəfiyev Səbuhi Fərman oğlunun ailələrini evlərində ziyarət edib. Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri qəhrəmanlıq, vətənpərvərlik və hünər simvoludur. Dövlətimiz və xalqımız şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir, onların xatirəsini daim əziz tutur. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Millət vəkili, həmçinin Culfa rayonunun Xanəgah kəndinin ən yaşlı…

Daha çox

AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 5-i saat 14:00-da Agentliyin inzibati binasında vətəndaların müraciətlərini dinləyəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışanlar onları narahat edən məsələlərlə əlaqədar Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51…

Daha çox