Zərərçəkmiş şəxs: Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində, 2020-ci il iyulun 14-də şəhid olan zabitlərimiz – general-mayor Polad Həşimovun, polkovnik İlqar Mİrzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən düşmən mərmisinin partlayışı nəticəsində xəsarətlər aldığını bildirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, təxliyənin çətin olduğunu söyləyərək deyib: “Xüsusilə vurğulamaq istəyirəm ki, düşmən artilleriyası bizim sanitar avtomobillərimizə və ümumilikdə tibb işçilərinə…
Daha çoxDay: May 29, 2025
Fırıldaqçılar Daxili İşlər Nazirliyinin saytını saxtalaşdırıblar…
Fırıldaqçılar rusların məlumatlarını oğurlamaq üçün Rusiya Daxili İşlər Nazirliyinin (DİN) saytını saxtalaşdırıblar. SİA-nın məlumatına görə, agentlik “Russian Cyberpolice Bulletin” Telegram kanalında fişinq resursu ilə bağlı xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi saxta resursun “mvdsupport.ru” ünvanının olduğunu aydınlaşdırıb. Səhifə istifadəçilərdən şəxsi məlumatlarını daxil etmələrini xahiş edib ki, bu da sonradan fırıldaqçıların əlinə keçəcək. Əli Babayev
Daha çoxBunun baş verə biləcəyinə heç kim inanmırdı..?
Putin Rusiyanı buna da gətirib çıxarıb..? …Bu inanılmaz görünür, lakin çox hərəkətli oyunların böyük dahisi Rusiyanı kartof qıtlığına gətirib çıxardı. Bunun baş verə biləcəyinə heç kim inanmırdı. Ancaq effektiv menecerlər hər şeyin mümkün olduğunu sübut etdilər. …Bir il ərzində kartofun qiyməti təxminən 3 dəfə artıb. Qıtlıq səbəbindən Rusiya Pakistan və Misirdən kartof idxal etməyə məcburdur. İndi kartof üçün vaxt yoxdur, biz təcili olaraq daha çox xarabalıq tutmalıyıq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Seyatel vetra” (“Külək əkinçisi”) Telegram kanalı dərc edib. Əli Babayev
Daha çoxUşaq telefona deyil, həyata bağlanmalıdır
Hazırda dünyada texnologiyanın sürətlə inkişaf etməsi uşaqların da həyatına böyük təsir göstərir. Telefonlar, planşetlər və müxtəlif internet platformaları uşaqların gündəlik fəaliyyətlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin bu inkişafın yanında müəyyən təhlükələr də mövcuddur. Xüsusilə təhlükəli oyunlar və nəzarətsiz internet istifadəsi uşaqların sağlamlığına, psixoloji durumuna və sosial davranışlarına mənfi təsir edə bilər. Vətəndaşların bu mövzu ilə bağlı fikirləri nədən ibarətdir? SİA bu məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu edib. Şəhər sakini Lalə Məmmədli: “Fikrimcə, valideynlər uşaqlara telefon və planşet verməməlidirlər. Ümumiyyətlə, bu cihazların uşaqlara 15 yaşından tez verilməsi düzgün deyil. Təəssüf…
Daha çox“Sanksiyalar ikitərəfli təsirə malikdir”
“Sanksiyalar təbii olaraq ikitərəfli təsirə malikdir. Hər hansı bir dövlətə tətbiq edilən sanksiyalar, onunla iqtisadi münasibətdə olan digər ölkələrə də mənfi təsir göstərir. Bu təsir xüsusilə ticarət dövriyyəsində daha aydın şəkildə müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, qloballaşan müasir dünyada istənilən dövlət, adətən 100-dən artıq ölkə ilə iqtisadi əlaqələrə malikdir: “Bu səbəbdən bir dövlətə tətbiq edilən sanksiyalar, dolayısı ilə digər ölkələrin də iqtisadi maraqlarına mənfi təsir göstərir. Hətta ABŞ kontekstində baxıldıqda, sanksiya tətbiq edilən ölkələrin iqtisadi aktivliyinin azalması və yaranan problemlər, müəyyən…
Daha çox“Düşünmürəm ki, ilin sonuna qədər bu işlər sürətlə icra olunacaq”
“2025-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlərə real yanaşmıram. Ola bilər ki, çərçivə müqaviləsi imzalanacaq, amma tammiqyaslı sülh müqaviləsinin imzalanması üçün müəyyən şərtlər var və onların icra olunması vacibdir. Ermənistan isə bu öhdəlikləri yerinə yetirmək istəmir”. Bu sözləri SİA-ya aşıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, bir tərəfdən Zəngəzur dəhlizinin açılmasını istəmir, digər tərəfdən isə qarşılıqlı etimadın formalaşmadığını düşünürəm: “Sülh müqaviləsinə gedən yolun ən sadə tələblərindən biri – Ermənistanın sülhməramlılıq missiyası çərçivəsində Avropa İttifaqının müşahidə missiyasını bölgədən çıxarması məsələsi hələ də həll olunmayıb. Ermənistan bu öhdəlikləri…
Daha çoxRuslar arasında ən populyar MDB ölkələri hansılardır..?
…Deməli, Özbəkistan Rusiya vətəndaşları üçün ölkəyə girişi asanlaşdırır. Belə ki, bundan sonra ruslara Özbəkistana gəlmək üçün xarici pasport-filan lazım olmayacaq,.. şəxsiyyət vəsiqən var, buyur keç… SİA xəbər verir ki, rusların yazdığına görə, bu qərar qarşılıqlı yaxınlaşma siyasətinin davamı olacaq və artıq Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanda olduğu kimi respublikaya səfəri sadələşdirəcək. Müzakirə olunan yenilik fonunda KP.RU saytı “VKontakte”, “Odnoklassniki” sosial şəbəkələrində, həmçinin “Telegram” və “Viber” messencerlərində öz auditoriyası arasında onlayn sorğu keçirərək, hansı qonşu ölkələrin rusları daha çox maraqlandırdığını öyrənib. Araşdırmada 7,4 min insan iştirak edib. İştirakçılara bir neçə cavab…
Daha çoxLaçın Hava Limanın açılışına paytaxt sakinlərinin BAXIŞI
Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Məsələ ilə bağlı SİA-nın əməkdaşı şəhər sakinlərinin təəssüratlarını öyrənməyə çalışıb. Şəhər sakini Fəxrəddin Camalov: “28 may…
Daha çoxAqrar Xidmətlər Agentliyinin sədri təsərrüfatlara baş çəkib
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qax, Zaqatala və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən toxumluq arpa sahəsinin vaxtında aprobasiya olunması, işlə təminat, traktorun lizinq yolu ilə əldə olunmasına köməklik göstərməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli…
Daha çox“Yolun istifadəyə verilməsi regionların iqtisadi və sosial cəlbediciliyini artıracaq”
“Son illərdə Azərbaycan regionlarında yol infrastrukturu sahəsində həyata keçirilən irimiqyaslı layihələrdən biri də Bakı–İsmayıllı–Qəbələ avtomobil yolunun yenidən qurulması və genişləndirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O bildirib ki, bu yolun bir hissəsi əsaslı şəkildə bərpa olunmuş, digər hissəsi isə müasir texniki göstəricilərə uyğun olaraq tamamilə yenidən inşa edilmişdir: “Layihənin əhəmiyyəti təkcə nəqliyyat baxımından deyil, həm də sosial-iqtisadi və turizm potensialının genişlənməsi baxımından olduqca böyükdür. 1. Regional əhalinin əlçatanlığının artırılması Yeni yol Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala və Balakən rayon sakinlərinin paytaxta və digər istiqamətlərə daha sürətli…
Daha çox