Rusiya prezidenti Vladimir Putin Krımın 2014-cü ildə Rusiyaya birləşdirilməsinin səbəbini açıqlayıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Videokonfrans vasitəsilə çoxuşaqlı ailələrlə görüşü zamanı Putin deyib ki, Krımın ilhaqı yerli sakinlərin Rusiyanın tərkibinə daxil olmaq istəyi ilə baş verib. Eyni zamanda o, əlavə edib ki, Krım xalqının istəyini hiss etməsəydim, bunu heç vaxt etməzdim. Bütün baş verənlər, ilk növbədə, orada yaşayan insanların mövqeyi ilə bağlıdır. İnsanların öz tarixi vətənlərinə qayıtmaq istəyini və istəklərini görməsəydim və hiss etməsəydim, heç vaxt edilənləri etməzdim. Biz xalqın Rusiya Federasiyasına qayıtmaq istəyini…
Daha çoxDay: May 29, 2025
“Məktəblərdə məsələ ciddi nəzarətdə saxlanmalıdır”
“Uşaq və yeniyetmələrdə piylənmə müasir cəmiyyətimizin ən ciddi və qlobal problemlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Ləman Süleymanova deyib. Onun sözlərinə görə, təəssüf ki, statistik göstəricilərə əsasən, son illərlə — xüsusən 2018–2019-cu illərlə — müqayisədə bu gün uşaqlarda çəki artımı daha geniş yayılıb: “Bu problemdə ilk məsuliyyət daşıyan şəxs, şübhəsiz ki, anadır. Uşaq hələ ana bətnində olarkən, ana düzgün və sağlam qidalanmalıdır. Təəssüf ki, hamilə qadınlar arasında belə bir yanlış fikir formalaşıb ki, çox yemək uşağın sağlam olmasını təmin edir. Halbuki bu, səhv yanaşmadır. Həddindən artıq və nizamsız qidalanma,…
Daha çoxSamir Şərifov tacikistanlı həmkarı ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Samir Şərifov Tacikistanda bu ölkənin Baş nazirinin müavini Usmonali Usmozoda ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Samir Şərifov sabah Tacikistanda keçiriləcək Buzlaqların Qorunması üzrə Yüksək Səviyyəli Beynəlxalq konfransda iştirak edəcək.
Daha çoxABŞ-Azərbaycan münasibətlərində yeni dövr
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezident İlham Əliyevə 28 May- Müstəqillik Gününüz münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycanla ABŞ arasında əlaqələrdən və terrorizmə qarşı mübarizədən, enerji təhlükəsizliyinin inkişafından, Ermənistanla sülhə nail olmaq istiqamətində ABŞ-la tərəfdaşlığımızdan söhbət açılır və buŞ yüksək qiymətləndirilir. Bildirilir ki, 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. İkitərəfli prioritetlər, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər və enerji inkişafı üzrə tərəfdaşlıq bundan sonra da davam edəcək. Azərbaycan-Ermənistan münasibətlərinə diqqəti yönəldən Tramp ABŞ-ın iki arasında möhkəm sülhü dəstəkləməkdə davam edəcəyini də qeyd…
Daha çox“Qanunlara riayət etmə səviyyəsi azalır”
“Cəmiyyət hüquq pozuntularına qarşı tez-tez laqeyd yanaşır”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib. Onun sözlərinə görə, insanlar ətraflarında baş verən hüquq pozuntularına reaksiya vermir, hüquq-mühafizə orqanlarına və ya məhkəmələrə şikayət etməyə maraq göstərmirlər. Bu cür passiv münasibət, zamanla kütləvi hüquq pozuntularına yol aça bilər ki, bu da olduqca təhlükəli və arzuolunmaz bir haldır. Başqa bir nümunə kimi qeyd edə bilərik ki, insanlar əmək, istehlakçı, mülkiyyət və müəllif hüquqları barədə kifayət qədər məlumata malik deyillər. Halbuki bu hüquqlar Azərbaycanda tez-tez pozulan sahələrdəndir. İnsanların əksəriyyəti bu hüquqları tanımadığı və hüquqlarını…
Daha çox“Qarabağ müharibəsi Azərbaycan Ordusunun hərbi potensialını nümayiş etdirib”
“Qarabağ Zəfəri, Azərbaycanın güclü liderlik sisteminə, peşəkar və mütəşəkkil ordusuna, eləcə də xalqın həm orduya, həm də siyasi rəhbərliyə olan dəstəyinə dair mühüm bir göstərici olmuşdur. 44 gün davam edən Vətən müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatı Azərbaycanın hərbi və siyasi gücünü beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib. Onun sözlərinə görə, bu hərbi uğur, eyni zamanda, müasir dövrdə dövlətlərin suverenliyi və ərazi bütövlüyü uğrunda apardıqları mübarizənin nümunəsi kimi dünya tarixi kontekstində tədqiq olunmalı və öyrənilməlidir:…
Daha çoxİyulda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Bu ilin iyul ayında Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası, habelə biznes forumun keçirilməsi razılaşdırılıb. Bu barədə SİA-ya Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu barədə razılıq Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında onlayn formatda keçirilən görüşdə əldə edilib. Görüşdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri zamanı Azərbaycan və Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat və imzalanmış sənədlərin münasibətlərin inkişafında mühüm rolu qeyd olunub. Həmçinin Baş katibi To Lamın Hanoy şəhərində…
Daha çoxAzərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikasıdır
Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanbu ənənələrə sadiq qalaraq hər zaman onu qoruyub saxlamışdır. Bu ənənələrin kulminasiya nöqtələrindən biri 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC), digəri isə 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasıdır. Bu iki mərhələ Azərbaycan xalqının azadlıq, suverenlik və demokratiya uğrunda mübarizəsinin parlaq təzahürü kimi tarixə həkk olunmuşdur. Birinci Dünya müharibəsinin gedişində və Rusiyada Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanda dövlətçilik ənənələrimiz yenidən dirçəlirdi.1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının üzvləri ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan…
Daha çoxPsixoloqa getmək: AYIB DEYİL, ZƏRURƏTDİR!
Müasir dövrdə stres, təşviş, emosional çətinliklər və həyatın sürətli tempi səbəbilə bir çox insan zaman-zaman özünü tükənmiş, bədbəxt və çarəsiz hiss edə bilər. Hələ də bəzi insanlar psixoloqa getməyi yalnız “çox pis vəziyyətdə olanların” etdiyi bir addım kimi görsələr də, əslində psixoloqa müraciət etmək ruh sağlamlığını qorumaq və həyat keyfiyyətini artırmaq istəyən hər bir kəs üçün dəyərli və vacib bir addımdır. Bəs psixoloqa kimlər müraciət edir? Psixoloqa niyə getmək lazımdır? Prosesi necə başlamaq olar? SİA mövzu ilə bağlı araşdırma aparıb. Psixoloqa kimlər müraciət edir? Psixoloqa getmək mütləq həyatınızda böyük bir…
Daha çoxHesablama Palatası ACCA ilə əməkdaşlıq edə bilər
Hesablama Palatası ilə Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında əməkdaşlıq imkanları müzakirə olunub. SİA bu barədə Palataya istinadən xəbər verir . Məlumata görə, qurumda ACCA-nın Avropa, Avrasiya, Yaxın Şərq, Şimali və Cənubi Amerika üzrə direktoru Maqdalena Hernandezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Hesablama Palatasının auditoru, aparat rəhbəri və struktur bölmə rəhbərləri iştirak ediblər. Tərəflər peşəkar inkişafın təşviqi, təlimlərin əhəmiyyəti və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Qonaqlara Palatanın beynəlxalq əlaqələri, təlim fəaliyyəti və ACCA proqramlarını uğurla başa vuran əməkdaşlar haqqında ətraflı məlumat təqdim olunub. M.Hernandez təlimlərə göstərilən…
Daha çox