Mühacirətdə olan jurnalist Elbəy Həsənli: “Şahin Cəfərli və professor Altay Göyüşov əl-ələ verib Qərbin Azərbaycandakı maraqlarını təmin edirdilər” Bir qədər əvvəl yazmışdım ki, 21-ci əsr Türk əsridir. Türkün gücü, qüdrəti dünyanın hər bir bölgəsində hiss olunur və qəbul edilir. Baxmayaraq ki, bəzi məkrli dairələr, pozucu qüvvələr müxtəlif vasitə və üsullarla türkün qətiyyətini sarsıtmağa, mübarizəsini əngəlləməyə, hədəfindən yayındırmağa çalışır. Lakin həqiqət ondan ibarətdir ki, istəklərinə nail ola bilməyirlər, hər dəfə acı məğlubiyyətlə üzləşirlər. Bu baxımdan tam qətiyyətlə qeyd etmək olar ki, bəşəriyyət mövcud olduqca türklük yaşayacaq və var olacaq. İndiki mərhələdə…
Daha çoxDay: May 29, 2025
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı çatıb
Mayın 29-da yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb. SİA-nın verdiyi xəbərə görə, Bəylik kəndinin klub – icma mərkəzində ailələrin qarşılanma mərasimi keçirilib. Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Bu mərhələdə kəndə 163 nəfərdən ibarət 41 ailə köçürülüb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm,…
Daha çoxƏrazi Tikinti-Planlaşdırma Mərkəzi zərərini azaldıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü ili 1,638 milyon manat xalis zərərlə başa vurub. SİA Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,4 dəfə azdır. Ötən il Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin əsas əməliyyat gəlirləri 18,04 milyon manat (illik müqayisədə 43,7 % çox), sair əməliyyat gəlirləri 31,358 milyon manat (25,2 % çox), ümumi inzibati və sair əməliyyat xərcləri 13,567 milyon manat (16,8 % çox), sair əməliyyat xərcləri 36,187 milyon manat (23 % çox), maliyyə xərcləri 2 min manat (4,2 dəfə az), mənfəət vergisi ödəmələri…
Daha çoxPakistan və Türkiyənin Laçın mesajı – Azərbaycan tək deyil!
Azərbaycanın bölgədəki hakim gücü, ən əsas da güclü müttəfiq və qardaşlıq dəstəyi Laçında nümayiş olundu. Bölgənin iqtisadi və siyasi gücü sayılan Azərbaycanın dünya gücləri sayılan Pakistan və Türkiyə ilə Laçındakı əzələ nümayişi ilk əvvəl bölgədəki duruma “əl qoymaq istəyənləri” xəbərdar etmək siqnalı idi. Bir məsələni xüsusilə vurğulayım ki, Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşünün keçirilməsi təkcə üç müttəfiq və qardaş ölkənin həmrəylik addımı deyildi. Bu, ilk növbədə üç müttəfiq ölkənin bölgədəki siyasi reallıqlar barədə dünya siyasətinin nəhənglərinə ünvanladıqları son dərəcə vacib mesaj idi. Rəsmi Ankara və İslamabadın…
Daha çox“Milli geyimdə gəzinti” – Mədəni irsimizi yaşadan addımlar
Azərbaycanın milli-mədəni kimliyinin təbliği istiqamətində həyata keçirilən unikal və davamlı layihələrdən biri olan “Milli geyimdə gəzinti” bu il 10 illik yubileyini qeyd edir. SİA xəbər verir ki, layihə ilk dəfə 2015-ci ildə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin təşəbbüsü ilə həyata keçirilib və ötən illər ərzində ənənəvi mədəni hadisəyə çevrilib. “Milli geyimdə gəzinti” layihəsi milli geyimlərimizin gündəlik həyatımıza inteqrasiyası, ictimaiyyətə tanıdılması və unudulmaqda olan mədəni irsimizin yenidən canlandırılması məqsədi daşıyır. Tədbirin çoxyönlü məqsədləri sırasına gənc nəslin milli kimlik və mədəni irsə bağlılıq hisslərinin gücləndirilməsi, Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin…
Daha çoxİrlandiyanın Prezidenti İlham Əliyevi təbrik edib
İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!”.
Daha çoxUşağa necə müraciət edilməlidir?
“Valideynlərin uşaqlarına “aşkım”, “ömrüm”, “həyatım” kimi ifadələrlə müraciət etməsi gündəlik həyatda çox rast gəlinən, sevgi dolu görünən bir davranışdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, lakin psixoloji baxımdan bu tip müraciətlər, ilk baxışda zərərsiz görünsə də, uşağın şəxsiyyət inkişafı və sərhəd anlayışı üçün bəzi risklər daşıyır: “Psixoloqlar bu məsələyə niyə ehtiyatla yanaşır? 1. Emosional sərhədlərin pozulması Uşaqla bu cür romantik ifadələrlə danışmaq onun emosional sərhədlərini çaşdıra bilər. “Aşkım”, “həyatım”, “ömrüm” kimi sözlər əsasən cütlüklər arasında istifadə olunan romantik dillə bağlıdır. Uşaq isə bu münasibət…
Daha çoxMəhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri mayın 29-da başa çatıb. SİA xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş nazir Məhəmməd Şahbaz Şərifi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
Daha çoxAzərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. Bildirilib ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 8 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 213-a çatıb. “Startap” şəhadətnamələri “Cool Bears” MMC-nin mobil və veb oyunların tərtibi və istehsalı, “Multi Solutions” MMC-nin sürücülər və daşıyıcılar üçün balans idarəetmə və ödəniş sistemi, “Noteservice” MMC-nin…
Daha çoxKonstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Baş Prokurorluğun sorğusuna baxılıb
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 12-nə təyin olunmuş iclasında baxılacaq.
Daha çox