Frilans işləməyin müsbət və mənfi cəhətləri nədir?

“Frilans fəaliyyəti – yaxud da özünəməşğulluq, müasir əmək bazarının çevik və dinamik formalarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. Sahib Məmmədov sözlərinə belə davam edib: “Bu modeldə şəxs müəyyən ixtisas və bacarıqlara əsaslanaraq öz təşəbbüsü ilə gəlir əldə edir, lakin ənənəvi mənada işəgötürənlə əmək müqaviləsi bağlamır. İki əsas fəaliyyət modeli: 1. Rəsmi özünəməşğulluq – Şəxsin vergi orqanlarında qeydiyyata düşməsi, fəaliyyət növünü bəyan etməsi və qazancına uyğun olaraq: • vergi ödənişləri, • məcburi dövlət sosial sığorta haqları ödəməsidir. Bu halda, şəxs…

Daha çox

AMB iki investisiya şirkətinə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “CPM-İnvest İnvestisiya Şirkəti” və “Troni İnvestisiya Şirkəti” QSC-lərə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, aparılmış tematik yoxlamalar çərçivəsində hər iki investisiya şirkətində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi aşkarlanıb. Bununla bağlı investisiya şirkətlərinə xəbərdarlıq edilib, pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Daha çox

Ceyhun Bayramov Qətər XİN rəsmisini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin dövlət naziri Muhəmməd bin Əbdüləziz bin Saleh əl-Xuleyfi ilə görüşüb. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri, ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə edilib. İki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində mövcud potensialdan istifadənin vacibliyi vurğulanıb. Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH), habelə Asiyada Qarşılıqlı Fəaliyyət…

Daha çox

Din xadimlərindən ibarət nümayəndə heyətinin səfəri təşkil ediləcək

Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə mayın 29-da Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil ediləcək. SİA xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olacaq, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı, Türk Şəhidliyi abidəsini ziyarət edəcək. Nümayəndə heyəti Bakıda yerləşən ibadətgahların da fəaliyyəti ilə tanış olacaq. Bundan başqa, Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad olunmuş…

Daha çox

Azərbaycan, Türkiyə və Pakistanın dostluq münasibətləri tarixi nailiyyətlərə imza atır

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Qlobal münasibətlər sistemində dostluğa, tərəfdaşlığa sədaqəti ilə tanınan ölkəmiz, tarixi ənənələr və ən ülvi dəyərlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın daimi inkişafı uğrunda çalışır. Bu mənada, Azərbaycanın yaxın-uzaq coğrafiyalarda özünə dost, qardaş hesab etdiyi dövlətlər var ki, ən çətin günlərdə həmin dövlətlərlə çiyin-çiyinə dayanır, ən yaxın dəstəkçi qismində çıxış edir. Təbii ki, bu mənada Azərbaycan-Türkiyə münasibətləri xüsusi anlam daşıyır – eyni zamanda, rəsmi strateji müttəfiq sayılan ölkələrimizin Pakistan İslam Respublikası…

Daha çox

Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib. SİA xəbər verir ki, senator, ilk növbədə, Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlət başçısına çatdırıb. O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı…

Daha çox

İlham Əliyev BƏƏ-nin iş adamlarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticari istiqamətdə daha da genişləndiyi vurğulandı, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi. Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda…

Daha çox

Xəzər dənizində yaranan yeni adalar nə ilə bağlıdır?

“Xəzər dənizində baş verən bu proseslər tektonik hərəkətlər və seysmoloji hadisələr nəticəsində əmələ gəlir. Bu, yer kürəsinin ən aktiv bölgələrindən biridir və belə hadisələrin baş verməsi labüddür”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib. Onun sözlərinə görə, dünyada qeydə alınmış 400-dən çox palçıq vulkanı var ki, onların əksəriyyəti Azərbaycanda yerləşir. Bu vulkanlar həm quruda, həm də dənizdə mövcuddur. Xəzər dənizinin sahil hissələri, xüsusən də dayaz bölgələr, bu cür vulkanik fəaliyyətlərə məruz qalır: “Palçıq vulkanlarının püskürməsi nəticəsində su səthinə çıxan materiallar zamanla bərkiyərək adalara çevrilə bilər. Bəzi sahələrdə, xüsusən də…

Daha çox

İlham Əliyev Donald Trampın Müstəqillik Günü münasibətilə məktubunu yüksək qiymətləndirib

Prezident İlham Əliyev Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə görə təşəkkürünü bildirərək, ABŞ Prezidenti Donald Trampın bu xüsusda göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirildiyini vurğulayıb. SİA-nın məlumatına görə, bu barədə dövlət başçısı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edərkən deyib. Azərbaycan lideri məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu deyib. Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu dedi.

Daha çox