28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Şəhriyar adına Mədəniyyət Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə 28 may – Müstəqillik gününə həsr olunmuş “Üçrəngli Bayrağın Kölgəsində” adlı konsert keçirilib. SİA xəbər verir ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan “Üçrəngli Bayrağın Kölgəsində” adlı konsert proqramında dövlət rəsmiləri, şəhid ailələri və qazilər, Milli Müdafiə Universiteti və Dövlət Sərhəd Xidmətinin Akademiyasının hərbi kursantları və müxtəlif sahələrdə çalışan ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan gəncləri arasında milli mənsubiyyət hissini, vətən sevgisini və mədəni dəyərlərə bağlılığı daha…

Daha çox

Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir

Bakı Şəhər İcra Hakimiyyətinin 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. SİA xəbər edir ki, həmin vaxt Nərimanov rayonu pilot layihə olaraq müəyyən edilərək işlərə məhz bu rayonda başlanmışdı. Layihənin uğurla həyata keçməsi imkan vermişdir ki, sonrakı illərdə Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu layihəyə qoşulmuş və bununla da iştirakçıların sayı 9-a çatmışdır. İşlərin gedişatının monitorinqi məqsədi ilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə…

Daha çox

“Bank olmayan təşkilatların özləri banklardan kredit götürürlər”

“Bank olmayan kredit təşkilatları (BOKT-lar) bank sektoru subyektləri sırasına daxil olsa da, onların funksional imkanları banklarla müqayisədə daha məhduddur”. Bu sözləri SİA-ya açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, belə ki, banklar universal maliyyə institutları kimi fəaliyyət göstərərək, əmanətlərin cəlb edilməsi, bank hesablarının açılması və idarə olunması, həmçinin pul köçürmələrinin həyata keçirilməsi kimi geniş spektrli xidmətlər təqdim edirlər. Əvəzində, bank olmayan kredit təşkilatlarının fəaliyyəti əsasən kreditlərin verilməsi ilə məhdudlaşır və onlar əmanət qəbul etmək və hesab açmaq səlahiyyətinə malik deyillər. Bu da təbii ki, onların verdiyi…

Daha çox

YAP Sabunçu rayon təşkilatında bir qrup partiya fəalı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında bir qrup partiya fəalı ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov çıxış edərək ölkəmizin milli maraqlarının qorunmasında, eləcə də informasiya müharibəsindəki qələbədə gənclərin fəal rolunun olduğunu bildirərək onların bu istiqamətdə fəallığının artırılmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevon rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sosial şəbəkələrdə də düzgün və peşəkar şəkildə təqdim edilməlidir. Görüşdə partiya fəalları ilə fikir mübadiləsi aparılıb. Gənclər sosial şəbəkələrdə milli maraqların qorunması və…

Daha çox

Günəş şüaları altında satılan qida məhsulları hansı təhlükələrə yol açır?

“Qida məhsullarının təhlükəsizliyi onların tərkibindən yanaşı, saxlanma şəraitindən də birbaşa asılıdır. Xüsusilə yay mövsümünün gəlməsi ilə bu məsələ daha da aktual xarakter alır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Müxtəlif növ qida məhsulları – istər süd məhsulları, souslar, şirələr və ya yarımfabrikatlar – fərqli temperatur rejimləri və saxlanma standartları tələb edir. Qida məhsullarının xüsusilə plastik qablarda saxlanması zamanı müəyyən təhlükələr ortaya çıxır. Belə ki, plastik materialların tərkibində olan bisfenol A (BPA) maddəsi yüksək temperaturun təsiri altında qidaya və ya suya…

Daha çox

“Nağdsız ödənişlərin iqtisadi baxımdan faydaları son dərəcə əhəmiyyətlidir”

“Nağdsız ödəniş forması, daha rahat və funksional bir ödəniş mexanizmi olduğu üçün, əhalinin gündəlik həyatında rahatlığın təmin olunmasına xidmət edir. Bu ödəniş üsulu insanlar üçün nağd pul vəsaiti daşımaq zərurətini aradan qaldırır və bununla da fiziki pulun istifadəsi ilə bağlı riskləri minimuma endirir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı alim Altay İsmayılov deyib. Onun sözlərinə görə, nağd pulun dövriyyədə olması gigiyenik baxımdan da bir sıra problemlər yaradır: “Belə ki, pul vəsaiti çoxsaylı insanın əlindən keçdiyinə görə, mikrobioloji baxımdan yüksək çirklənmə ehtimalı olan vasitəyə çevrilir və bu da ictimai sağlamlıq üçün potensial…

Daha çox

Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır

Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib. Bildirilib ki, mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir: “Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır”.

Daha çox

“Xaçmaz Aqropark” ləğv olunur

“Xaçmaz Aqropark” MMC “Yalama Aqropark” MMC-yə qoşulması ilə əlaqədar ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, bununla əlaqədar “Yalama Aqropark” yenidən təşkil olunur. Xatırladaq ki, “Xaçmaz Aqropark” 2021-ci ildə, “Yalama Aqropakr” isə 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 3,505 milyon manat və 27,193 milyon manatdır.

Daha çox

“Gündəmimiz çox əhəmiyyətli hadisələrlə, uğurlarla zəngindir”

Milli Məclisin deputatı Jalə Əliyevanın SİA-ya müsahibəsini təqdim edirik: – Azərbaycan Prezidenti İlham Əliyev bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı 218 nəfərə şamil olunub. Sərəncama münasibətinizi bilmək istərdik. – Hal-hazırda çox aktual məsələ ətrafında müzakirə aparırıq. Məlum olduğu kimi ölkə Prezidenti cənab İlham Əliyev əfv sərəncamı imzaladı. Bu sərəncamla 218 nəfər, 16-sı əcnəbi olmaqla vaxtından əvvəl azadlığa buraxıldı. Bu sərəncam cənab Prezident tərəfindən imzalanan ilk əfv sərəncamı deyil. Hər il Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində, əhəmiyyətli bayramlar ərəfəsində cənab Prezident tərəfindən əfv sərəncamları imzalanır. Bir az…

Daha çox