Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq…
Daha çoxDay: May 29, 2025
“Regionlarda istehsal və xidmət yönümlü müəssisələrin yaradılması təşviq edilir”
“İsmayıllı rayonunda son dövrlərdə açılan sənaye və istehsal müəssisələri, əslində, ölkədə aparılan iqtisadi islahatların və dövlətin regionların inkişafına yönəlik strategiyasının tərkib hissəsi kimi həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, bu təşəbbüslər “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və milli sosial-iqtisadi inkişaf konsepsiyası çərçivəsində reallaşdırılır: “Hazırkı mərhələdə iqtisadi siyasətin əsas prioritetlərindən biri, idxalı əvəz edən məhsulların istehsalının genişləndirilməsi və ixrac potensialının artırılmasıdır. Bu məqsədlə daxili xammal bazasına əsaslanan, yüksək əlavə dəyər yaradan və regionlarda məşğulluğun artırılmasına töhfə verən istehsal müəssisələrinin…
Daha çoxİlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Daha çoxYol polisi sürücülərə müraciət edib
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də azyaşlıları avtomobilin ön oturacağında daşıyan, hərəkət zamanı onları nəzarətsiz qoyan, yaxud qucağında körpə uşaqla avtomobil idarə edən sürücülərə rast gəlinir. Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, belə sürücülər ekstremal vəziyyətlərdə aciz qalacaqlarını bildikləri halda, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını sanki unudurlar: “Qanun isə tələb edir ki, minik avtomobillərində uşağı saxlayan xüsusi qurğu olmadıqda 12 yaşınadək uşaqları ön oturacaqda, habelə 3 yaşınadək uşaqları onların yanında bir nəfər böyük müşayətçi olmadıqda arxa oturacaqda…
Daha çoxKonfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə bu gün Bakıda beynəlxalq konfrans keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, konfrans iştirakçıları tədbirin açılışından əvvəl Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri düzülüb.
Daha çox“Gəncə Cihazqayırma Zavodu”nun səhmdarlarının yığıncağı keçiriləcək
Avqustun 23-də, saat 11:00-da “Gəncə Cihazqayırma Zavodu” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, yığıncaq Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında olacaq. Yığıncağın gündəliyi açıqlanmayıb. Xatırladaq ki, “Gəncə Cihazqayırma Zavodu” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 212 min manatdır. Müəssisə kommunal qurumlar üçün sayğacların istehsalı üzrə ixtisaslaşıb.
Daha çoxHüquqi şəxslər tərəfindən paytaxt əhalisinə 1778,8 milyon manatlıq xidmət göstərilib
2025-ci ilin yanvar-mart aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11 faiz artaraq 2134,5 milyon manat olub. SİA Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1778,8 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 83,3 faizini təşkil edib.
Daha çox“Yeni yolun tikilməsi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək”
“Bakı–Qəbələ yolu, həm kənd təsərrüfatı sahəsində çalışanlar, həm sənaye, həm də turizm sahəsində çalışanlar üçün çox əhəmiyyətlidir. Məsələn, Şəki, Zaqatala bölgəsinin iqtisadi rayonları, sonra Şirvan bölgəsindən daha rahat və daha qısa yolla Bakıya asanlaşacaq. Bu, həm də turizm sahəsi üçün böyük üstünlükdür”. Bu sözləri SİA-açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, bu bölgədə həm estetik gözəllik mövcuddur, həm də yollar çox vaxt dağılırdı. İndi bu yolun və körpünün yenidən tikilməsi, hesab edirəm ki, Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək: “Ümumiyyətlə, belə infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin reytinqinə müsbət təsir edir.…
Daha çox“Hadisələr təkcə rəmzi xarakter daşımır”
“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa prosesi sürətlə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, bu çərçivədə bir gün öncə Laçın şəhərində iki mühüm tarixi hadisə baş verdi: “Birincisi, Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. İkincisi isə bu açılış mərasimində və sonrakı tədbirlərdə Azərbaycanın ən yaxın müttəfiq və qardaş ölkələrinin – Türkiyə və Pakistanın liderlərinin iştirakı idi. Bu hadisələr təkcə rəmzi xarakter daşımır, eyni zamanda regional əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Prezidenti çıxışı zamanı vurğuladı ki, bu…
Daha çoxQızılın qiyməti 3 300 dollardan aşağı enib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,83% azalaraq 3 294,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti 0,54% artaraq 33,34 ABŞ dolları olub.
Daha çox