…Başqırdıstanda yerli sakinlər kartof kisəsində üç insan kəlləsi və 15-ə yaxın sümük aşkar ediblər.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib.
Telekanalın məlumatına görə, qalıqları qəbiristanlıqda işləyən iki nəfər tapıb.
Onlar tikinti materialları axtarmaq üçün dərəyə eniblər və təsadüfən çanta ilə qarşılaşıblar.
Qalıqları aşkar edən şəxslər dərhal polisə müraciət ediblər. Tapılan sümüklər və kəllə sümükləri ekspertizaya göndərilib. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Əli Babayev