Günəş vannası qəbul etməyi sevən ruslara cərimə barədə xəbərdarlıq…


…Deyim ki, Rusiyada açıq-saçıq geyimdə parkda günəş vannası qəbul etməyi qadağan edən qanun yoxdur.

Amma bununla belə, hüquq-mühafizə orqanları tətilçinin görünüşündə səhv tapa bilər. Məsələn, paltar çox açıqdırsa, günəş vannası qəbul edən şəxs cərimələnə və ya həbs oluna bilər.

SİA-nın məlumatına görə, rusiyalı vəkil İvan Solovyov günəş vannası qəbul edən həvəskarın hansı hallarda cərimə oluna biləcəyini izah edib.

…İctimai yerlərdə çılpaq və ya üstü açıq günəş vannası qəbul etmək qadağandır. Bunun üçün onlar “xırda xuliqanlıq”a görə məsuliyyətə cəlb olunurlar. Cəza 500-1000 rubl arasındadır.

…Həmçinin, parkda günəş vannası qəbul edərkən spirt içməyin və söyüş söyməyin… Əks təqdirdə, qanun pozuntusuna görə inzibati protokol tərtib edilərək 500-1500 rubl məbləğində cərimə və ya 15 gün müddətinə həbs edilə bilərsiniz.

Vəkil xatırladıb ki, kilsələrin, məbədlərin, məktəblərin və uşaq bağçalarının yaxınlığındakı ərazilər də günəş vannası qəbul etmək üçün ən yaxşı yer deyil.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər