“Bir neçə gün öncə Bakıda çox önəmli islamofobiya mövzusunda tədbir keçirildi”. SİA xəbər verir ki, bu sözləri deputat Tural Gəncəliyev Milli Məclisin plenar iclası zamanı deyib.
O bildirib ki, özümüz buna məruz qalan xalqıq: “30 il ərzində Azərbaycanda məscidlər dağıdılmışdı. Xüsusilə də, universitetlərdə bu cür tədbirlər keçirilməsi, mediada mübarizə, saxta faktlar yayılması çox təhlükəlidir. Tarixi saxta faktlardan da istifadə etməklə müsəlmanlara nifrət yağdırırlar. Biz buna qarşı mediada, beynəlxalq konfranslarda çıxışlarla cavab verməliyik. Hər dəfə bu məsələlərlə bağlı öz etirazımızı bildirməliyik”.