…Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlarda çeviklik nümayiş etdirməkdən imtina etməsi onun beynəlxalq təcridinə gətirib çıxara bilər.
SİA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatların dərhal dayandırılması təşəbbüsü danışıqlar prosesinin digər iştirakçıları üçün mühüm siqnala çevrilib.
O, həm Ukraynanın, həm də avropalı tərəfdaşların artıq konstruktiv yanaşma nümayiş etdirdiyini və ABŞ-ın təklif etdiyi strategiyanı dəstəklədiyini vurğulayıb.
Fidan vurğulayıb ki, Kreml bu nümunəyə əməl etməsə, əsas oyunçuların dəstəyini itirə və özünü diplomatik baxımdan zəif vəziyyətə sala bilər.
…Biz danışıqlarda müsbət dinamika görürük, tərəflər ilk nəticələri qeyd etməyə başlayırlar, – o qeyd edib.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna tərəfini iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqların yeni raunduna dəvət edib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti sülh yolu ilə nizamlanma üçün hazırlanmış memorandumu təqdim edəcək, onun müəllifi Putinin müşaviri Vladimir Medinskidir.
Buna baxmayaraq, Kreml Ukraynaya tələblərinin tam siyahısını təqdim etməyib və Kiyev bunu dialoqu ləngitmək və ya dəyərsizləşdirmək cəhdi kimi qiymətləndirib.
Ukrayna prezidenti Vladimir Zelenski bu mövqeyi tənqid edərək, bunu danışıqları heç bir real məzmunu olmayan formallığa çevirmək cəhdi adlandırıb.
Əli Babayev