MM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək


Milli Məclisin növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş)

2. Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi

3. Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

4. Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

5. “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

6. “Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

Əlaqəli Xəbərlər