Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar və ya 0,93 faiz azalaraq 67,15 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Daha çox

Hərbi attaşelər Naxçıvana səfər edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvana səfəri təşkil edilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfərdə 19 ölkəni təmsil edən hərbi attaşelik aparatlarının 35 nümayəndəsi iştirak edib. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib. Səfər çərçivəsində…

Daha çox

FHN əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların baş vermə riskini xeyli artırır. Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən illər meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından…

Daha çox

Xocalının iki kəndində əkin üçün müraciətlərin qəbuluna başlanılır

Bu gündən başlayaraq Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ballıca və Xanyurdu kəndlərində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi iyunun 30-u günün sonunadək davam edəcək. Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər…

Daha çox

Bakıda orta aylıq əməkhaqqı 1350 manatı ötüb

2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1357,3 manat təşkil edib. Bu barədə SİA-ya Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir. Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib.

Daha çox

İlham Əliyev Laçından dünyaya yeni mesajlar verdi

28 may 2025-ci il tarixində Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Üçlü Zirvə görüşü keçirildi. Baş tutan bu Zirvədə Prezident İlham Əliyevin açılış nitqi səmimiyyət, emosionallıq, həmrəylik, əməkdaşlıq, güclü gələcək vurğusu kimi mühüm cəhətləri ilə yadda qaldı. Prezident Zirvə görüşündə üç qardaş ölkənin bir arada olmasının və həmrəyliyinin önəmini vurğuladı. Bu tarixi görüşün işğaldan azad edilmiş Laçında keçirilməsi birlik və həmrəyliyin simvolu kimi qiymətləndirildi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi və 44 günlük…

Daha çox

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 31 may və 1 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Daha çox

Yayda da istixanada məhsul yetişdirilir: səbəb nədir?

“Yay aylarında bəzi kənd təsərrüfatı bitkilərinin istixana şəraitində (örtülü konstruksiyalarda) yetişdirilməsi günümüzdə getdikcə daha çox yayılır. Bu üsul, açıq sahədə becərmə ilə müqayisədə bir sıra üstünlüklərə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Məqsəd, ilk növbədə bitkiləri xarici zərərvericilərdən və iqlim təsirlərindən qorumaq, eyni zamanda məhsuldarlığı artırmaqdır. Yayda açıq sahədə becərilən bitkilər tez-tez aşağıdakı risklərlə üzləşirlər: • Küləmə, tozlaşma və göbələk xəstəlikləri; • Ziyanvericilər (xüsusilə də tırtıllar, ağ milçəklər və digər zərərli həşəratlar); • Sıx yağışlar, güclü küləklər və…

Daha çox