Bu gün 33 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilibi ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi…

Daha çox

Malayziya nəşrlərində Azərbaycandakı “Konstitusiya və Suverenlik İli” barədə məqalə dərc olunub

Malayziyanın nüfuzlu “Astro Awani” və “New Straits Times” qəzetlərində “Birləşmiş Millətlər əxlaqı” sərlövhəli məqalə dərc olunub. SİA xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanovun müəllifi olduğu məqalədə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının mahiyyətini oxucuya izah edilir. Məqalədə bəşəriyyətin yaranmasından bəri normalara duyulan ehtiyacın səbəbləri, tarix boyu mədəniyyət və siyasi fikir sahələrinin inkişafı kontekstində hamı üçün məqbul olan “ümumi xeyir” anlayışının mənimsənilməsinin əhəmiyyəti, normalara riayət olunmamasının vahiməli nəticələri, Millətlər Cəmiyyətinin yaradılmasının səbəbləri, BMT Nizamnaməsinin əhəmiyyəti, beynəlxalq hüquqda “suveren bərabərlik”…

Daha çox

Qlobal temperatur növbəti beş il ərzində rekord həddə qalacaq

BMT-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında bildirilir ki, proqnozlara əsasən, qarşıdakı beş il ərzində qlobal temperatur rekord və ya rekorda yaxın səviyyədə qalacaq. Bu isə iqlim risklərini artıracaq və cəmiyyət, iqtisadiyyat və inkişaf üçün mənfi nəticələr doğuracaq. SİA xəbər verir ki, 2025-ci ildən 2029-cu ilə qədər olan dövr üçün hər ilin qlobal illik orta səth temperaturunun sənaye öncəsi dövrə, yəni 1850–1900-cü illərə nisbətən 1,2–1,9 dərəcə Selsi yüksək olacağı gözlənilir. Həmçinin bu dövrdə ən azı bir ilin müşahidələr tarixindəki ən isti il olan 2024-dən də…

Daha çox

Sakit okeanda iki zəlzələ baş verdi

Cənubi Kuril adaları sahillərində iki zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədəYujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib. “Mayın 30-na keçən gecə Sakit okeanda 4,8 və 4,6 bal gücündə zəlzələlər qeydə alınıb. Yeraltı təkanların episentrləri İturup adasının cənub-şərqində yerləşib”, – stansiya rəisi bildirib. Semenova əlavə edib ki, yeraltı təkanların hiss olunması barədə məlumat yoxdur.

Daha çox

Ceki Çan qara kəmər aldı

Məşhur aktyor Ceki Çan karate üzrə qara kəmər ilə təltif olunub. SİA xəbər verir ki, bu haqda Dünya Karate Federasiyası məlumat yayıb. Tədbir Nyu-Yorkda “The Karate Kid: Legends”in tanıtımı çərçivəsində baş tutub. Aktyora qara kəməri Federasiyanın baş katibi Toşihisa Naqura təqdim edib.

Daha çox

Husilər israilin hava limanı yenə vurdular

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Təl-Əvivin Ben Qurion hava limanına yeni hücum edib. SİA xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın “Telegram”kanalında dərc olunmuş məlumatda deyilir. Məlumatda hücumun hipersəs sürətli ballistik raket vasitəsilə həyata keçirildiyi bildirilib və “əməliyyatın məqsədinə nail olunduğu” qeyd olunub.

Daha çox

BMW ABŞ tariflərinə görə gündə 11 milyon dollar itirir..?

ABŞ və Avropa İttifaqı arasında ticarət gərginliyi yeni pik həddə çatıb. Alman mediasına görə, təkcə BMW ABŞ-ın avtomobil idxalına tətbiq etdiyi rüsumlar səbəbindən gündəlik 11 milyon dollardan çox itirir. SİA-nın məlumatına görə, Mercedes-Benz və Volkswagen, Amerika sənayesinə çox milyard dollarlıq sərmayə qoymalarına baxmayaraq, oxşar mövqedədirlər. Alman şirkətləri hazırda ABŞ hökuməti ilə avtomobillərinin rüsumlarının azaldılması ilə bağlı fəal danışıqlar aparır. Xüsusilə, məsələ gömrük rüsumunun azaldılması üçün Amerika zavodlarında istehsal olunan və ölkədən kənara çıxarılan avtomobillərin sayının nəzərə alınmasından gedə bilər. Alman şirkətləri gələn aya kimi müqavilə bağlamağa ümid edirlər, lakin çox…

Daha çox

Çinin “Tiandu-1” peyki Yer-Ay rezonans orbitinə buraxılıb…

…Çinin “Tiandu-1” peyki Yerin və Ayın rezonans orbitinə buraxılıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb. Kosmik gəmi manevri mayın 22-də başa vurub, bundan sonra bir həftə ərzində “Yer və Ay arasında 3:1 rezonanslı orbitdə” yerləşdirilən uçuş sınaqlarından keçib. Bu orbit nisbətən az enerji sərfiyyatı ilə peykə öz mövqeyini saxlamağa imkan verir. SİA-nın məlumatına görə, 2024-cü ilin fevralında SpaceNews xəbər verdi ki, Çin, qarşıdan gələn Chang’e Ay missiyalarını dəstəkləmək üçün istifadə ediləcək Queqiao-2 relay peyki ilə birlikdə “Tiandu-1” və “Tiandu-2” cütünü Aya göndərməyi planlaşdırır. Çin tərəfi “Tiandu-1” və “Tiandu-2”nin köməyi ilə…

Daha çox

Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Belçika Krallığındakı səfirliyində 28 May – Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib. SİA xəbər verir ki, rəsmi qəbulda Belçika XİN-in və Avropa İttifaqının nümayəndələri, Brüsseldəki diplomatik korpusun üzvləri, elm və incəsənət xadimləri, media nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirdə Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov çıxış edərək müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən oğullarının fədakarlığından danışıb. Səfir geostrateji gərginlik və beynəlxalq nizamın parçalanması fonunda Azərbaycanın etibarlı və…

Daha çox