İmişlidə şəhidə həsr edilən kitabın təqdimatı olub

Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Cavid Səfərliyə anası Xatirə Səfərli tərəfindən həsr edilən “Şəhid Cavidimin qəhrəmanlıq dastanı” adlı kitabın təqdimatı ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə öncə şəhidlərimizin əziz xaitərələri ehtiramla yad edilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən uğrunda canından keçən Cavid Səfərlinin və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirib. O, bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Digər çıxış edənlər də…

Daha çox

Qlobal spirt bazarının 34 milyard dollar artacağı proqnozlaşdırılır…

İnkişaf etməkdə olan bazarlar inkişafın əsas sürücüsü olacaq… …International Wine and Spirits Research (IWSR) analitik şirkəti 2034-cü ilə qədər qlobal alkoqol bazarının 34 milyard dollar artacağını proqnozlaşdırır. Şirkətin proqnozu yeni analitik platforma olan Global Forecast Suite-ə əsaslanır. SİA-nın məlumatına görə, bu barədə The Spirits Business yazır. İnkişafın əsas sürücüləri Hindistan, Braziliya və Cənubi Afrika da daxil olmaqla inkişaf etməkdə olan bazarlar olacaq. Hindistanda, məsələn, 2024-cü ildə alkoqol satışı əsasən skotçun populyarlığına görə həcmcə 6 və dəyər baxımından 9 faiz artıb. Ölkə 2027-ci ilə qədər şotland…

Daha çox

Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

Prezident Tokayev bildirib ki, BRİKS-in “nə nizamnaməsi, katibliyi, proqramı yoxdur”. Qazaxıstan BRİKS-ə qoşulmağı planlaşdırmır, respublika prezidenti Kasım-Jomart Tokayev Əl-Cəzirə telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, o, “praqmatik” mülahizələri rəhbər tutur və təşkilatın tərəfdaşı statusunu yetərli hesab edir. SİA-nın məlumatına görə, Tokayev qeyd edib ki, söhbət tamhüquqlu üzvlüyün faydalılığından gedir və BRİKS-in “nizamnaməsi, katibliyi, proqramı yoxdur” faktına diqqət çəkib. …Gəlin görək, BRİKS beynəlxalq təşkilat kimi nə dərəcədə effektiv olacaq. Hələlik Qazaxıstan müşahidəçi statusunda qalacaq, sonra isə bunu zaman göstərəcək, – o yekunlaşdırıb. Əli Babayev

Daha çox

Ali Məclisin yaz sessiyası başa çatıb

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə 2025-ci il yeddinci çağırış Ali Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ali məclisin mətbuat xidmətindən bildirilib ki, iclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci ilin yaz sessiyası dövründə fəaliyyəti və cari məsələlərin müzakirəsi daxil edilib. Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli Naxçıvan yaz sessiyası dövründəki fəaliyyətlə bağlı məlumat verib. Gündəlikdə duran ikinci məsələ ilə bağlı deputatlardan Arzu Abdullayev, Emin Şıxəliyev, Rafiq Novruzov və Pərvin Nəcəfsoy çıxış ediblər. Sonra…

Daha çox

Rusiya Qərbə və Ukraynaya atəşkəs şərtlərini açıqlayır

…Atəşkəs dövründə Qərb Ukraynaya silah tədarükünü, Kiyev isə səfərbərliyi dayandırmalıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu şərtləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Moskvanın tələb etdiyi beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının Avropanın Ukrayna ətrafında sülh prosesinə mane olmaq cəhdləri mövzusunda iclası zamanı deyib. Qeyd edək ki, yayımı Daimi Nümayəndəliyin Telegram kanalında görmək olar. Əli Babayev

Daha çox

El bilir ki, sən mənimsən…

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın yaddaşına əlamətdar hadisələrdən biri kimi yazılıb. Bununla da Azərbaycan xalqı ilk dəfə müstəqil və demokratik respublika qurmaq hüququna sahib olub. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu tarix dövlət səviyyəsində qeyd edilir. 2021-ci il oktyabrın 15-də Milli Məclisin plenar iclasında isə “Müstəqillik Günü haqqında” qanun qəbul edilib və elə həmin gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Həmin qərardan sonra artıq 4-cü dəfədir, 28 may tarixi ölkəmizdə Müstəqillik Günü kimi qeyd edilir. Eyni zamanda,…

Daha çox

Dünyanın ən təhlükəli və zəhərli meduzası rus turistini dişləyib…

…Bu günə qədər dünyanın ən təhlükəli və zəhərli meduzası sayılan portuqaliyalı meduzası Vyetnamda rusiyalı turistin göz qapaqlarını yandırıb və az qala onu görmə qabiliyyətindən məhrum edib. SİA xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb. Hadisənin Nha Tranqda baş verdiyi dəqiqləşdirilir – Semyon suyun altında dalış edərkən göz nahiyəsində yanma hiss edib. Turist suyun təsiri ola biləcəyini düşünüb və buna heç bir əhəmiyyət verməyib. Lakin axşam saatlarında kişinin alnında yanıq izləri yaranıb, gözlərinin ətrafında qırmızı ləkələr əmələ gəlib. Səhər isə onun üzü çox şişmişdi; hətta yanıq məlhəmləri və…

Daha çox

Makron Avropa-Sakit okean koalisiyasına çağırır

Fransa prezidenti Sinqapurda bəyanatla çıxış edib. Fransa prezidenti Emmanuel Makron Avropa və Asiyanı regionda “məcburiyyət sferaları” yaratmağa çalışan böyük güclərə qarşı yeni ittifaq yaratmağa çağırıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə France 24 məlumat yayıb. Onun bəyanatı Sinqapurda keçirilən müdafiə və təhlükəsizlik məsələlərinə dair Şanqri-La Dialoq konfransında verilib. …Biz təsir dairələri adı altında məcburiyyət sferaları tətbiq etmək istəyən revizionist ölkələrin çağırışı ilə qarşı-qarşıyayıq. İstər balıqçılıq, istərsə də mineral ehtiyatları mənimsəmək və öz mənfəətləri üçün başqalarını sıxışdırmaq istəyən ölkələr. Bunu Makron bildirib. O, “Avropa…

Daha çox

Sabirabadda Sabir yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir keçirilib

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Hophopnamə” Kitab Mərkəzində Azərbaycanın satirik şairi, mütəfəkkir, ictimai xadim və müəllim Mirzə Ələkbər Sabirin anadan olmasının 163-cü ildönümünə həsr edilmiş “Gəl, gəl a yaz günləri” adlı ədəbi-bədii tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə şairin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. Kitab Mərkəzində davam edən tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, Sabirin Azərbaycan ədəbiyyatında…

Daha çox