“İran məsələsinə daha obyektiv və balanslaşdırılmış yanaşma tətbiq edilməlidir”

“Son dövrlərdə Azərbaycan və İran arasında münasibətlərdə əhəmiyyətli yaxınlaşma müşahidə olunmaqdadır. Hər iki tərəf başa düşür ki, zamanın diktə etdiyi çağırışlar fonunda qarşılıqlı münasibətlərin yenidən formatlaşdırılması zəruridir. Bu prosesdə keçmişdə buraxılmış səhvlərə birmənalı şəkildə “yox” deyilməli və yeni mərhələyə obyektiv əsaslarla keçid təmin olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, qətiyyətlə qeyd edilə bilər ki, bu səhvlərin əksər hissəsi İran tərəfi tərəfindən buraxılmışdır. Azərbaycan dövləti İranla münasibətlərdə hər zaman açıq və şəffaf siyasət yürütmüşdür. Bunun müqabilində, İranda fəaliyyət göstərən bir sıra təsisatların yanaşmaları, təəssüf ki,…

Daha çox

Miqrant moskvalı rusu vurub öldürüb…

Moskva vilayətinin Balaşixa şəhərində Zaqafqaziyadan olan miqrant münaqişə zamanı yerli sakini vurub. Kişi komaya düşüb və xəstəxanada dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə Telegram kanalı Readovka yazır. Telekanalın məlumatına görə, dava moskvalının miqrantdan söyüş söyməməsini istəməsindən sonra başlayıb. Rusiya İstintaq Komitəsinin region üzrə mətbuat xidməti münaqişənin Kuçino dəmir yolu vağzalında yarandığını bildirib. Məhkəmə cinayət işinin istintaqı çərçivəsində 2003-cü il təvəllüdlü Zaqafqaziya əsilli şəxsi həbs edib. O, maddənin 4-cü hissəsi ilə ittiham olunub. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (zərərçəkənin ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma). Hücum edən…

Daha çox

Azərbaycan və Almaniya investisiya əlaqələrinin genişləndirilməsi üçün yol xəritəsi imzalayıb

“Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb. SİA xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sənəd nazir Mikayıl Cabbarovun Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşündə imzalanıb. Sənədi Alman İqtisadiyyatının Şərq Komitəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatası imzalayıb. Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq. Bununla yanaşı, görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub. Azərbaycanın əlverişli biznes ve investisiya mühitinin Alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı…

Daha çox

İctimai yerlərdə siqaret çəkmək düzgündürmü?

Siqaret çəkmək, çox vaxt insanların gündəlik həyatında rast gəlinən, lakin sağlamlığa ciddi zərər verən pis vərdişlərdən biridir. Bu vərdiş həm çəkən şəxsin, həm də ətrafındakı insanların sağlamlığını mənfi təsir edir. Siqaretin tərkibindəki zərərli maddələr orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur və uzun müddət davam etdikdə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. Bundan əlavə, siqaret çəkmək ətraf mühitin çirklənməsinə də yol açır və cəmiyyət üçün əlavə problemlər yaradır. Buna görə də, siqaret çəkmək yalnız şəxsi sağlamlıq üçün deyil, həm də ictimai rifah üçün pis və zərərli bir vərdiş kimi qiymətləndirilir. Bəs…

Daha çox

Bakıda daha 15 dayanacaq pavilyonu quraşdırılacaq

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir. AYNA-dan SİA-ya bildirilib ki, cari ilin əvvəlindən bu günə kimi agentlik tərəfindən daha 15 dayanacaq pavilyonunun quraşdırılması üçün müraciət təsdiq edilib. Dayanacaqların Babək prospekti (328 №li məktəb), Əjdər Məlikov küçəsi (iki ünvanda), 8 Noyabr prospekti (Nizami parkı), Elşən Süleymanov küçəsi 155-də, Abbas Mirzə Şərifzadə küçəsi (“Azərbaycan Nəşriyyatı”), Bəşir Bünyadov küçəsi (iki ünvanda), Süleyman Vəzirov küçəsi (Bakı Avropa Liseyi), Azadlıq prospekti (“28 Mall”), Səttar Bəhlulzadə, Afiyəddin…

Daha çox

“Azərbaycanın haqlı tələbi hələlik yerinə yetirilmir”

“Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün konkret iki şərt mövcuddur. Azərbaycan Prezidenti bir neçə gün öncə bu şərtləri bir daha ifadə etmişdi. Birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir və Azərbaycana qarşı ərazi iddiaları tam şəkildə aradan qaldırılmalıdır. İkinci əsas şərt isə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə rəsmi olaraq son qoyulması və bunun üçün birgə müraciətin ünvanlanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Ermənistan bu iki məsələdən heç biri ilə bağlı real addım atmağa hazır görünmür. Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə hökumət iclasında bildirdi ki,…

Daha çox

Ukrayna atəşkəsi qeyri-mümkün adlandırır…

…Nə Moskva, nə də Kiyev atəşkəsdə maraqlı deyil. SİA-nın məlumatına görə, bu, Ukrayna Dmitri Kulebanın bəyanatıdır, onun məqaləsi “Foreign Affairs” saytında dərc olunub. …Ağır reallıq ondan ibarətdir ki, nə Rusiyanın, nə də Ukraynanın döyüşləri dayandırmaq üçün o qədər də həvəsi yoxdur, – deyə o, atəşkəsin niyə mümkün olmadığını izah edib. Onun sözlərinə görə, Rusiya ona mübarizəni davam etdirməyə imkan verən möhkəm iqtisadiyyat qurub. Eyni zamanda o, Ukraynanın güzəştə getməyə hazır olmadığını, ordunun isə hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər güclü olduğunu iddia edir. …Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov…

Daha çox

“Azərbaycan öz sözünü deyib və bu sözlərin arxasında konkret addımlarla dayanıb”

Milli Məclisin deputatı Müşfiq Məmmədlinin SİA-ya müsahibəsini təqdim edirik: – Prezident İlham Əliyevin əfvlə bağlı sərəncamları xüsusi olaraq bayramlarda baş tutur. Valideynlərin hissləri və sərəncam haqqında nə deyə bilərsiniz? – Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin XX əsrdə bərpası və inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz rolu olmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizin təməli möhkəmləndirildi və müstəqilliyimiz əbədi oldu. Bugünkü müstəqil Azərbaycanın sosial-siyasi həyatında xüsusi yer tutan amnistiya aktlarının tətbiqi də, məhz bu siyasətin bir davamı kimi qiymətləndirilə bilər. Xatırlatmaq istərdim ki, müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin…

Daha çox

“Yeni yolun inşası regional turizmin də inkişafına öz töhfəsini vermiş olacaq”

“Cənab Prezidentin İsmayıllıya səfəri və bu səfər çərçivəsində atılmış addımlar, hələ bir müddət öncədən bu bölgədə gedən dövlət investisiya layihələrinin monitorinqi xarakterini daşıyan elementlərlə özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, cənab Prezident eyni zamanda burada görülmüş işlərlə tanış oldu: “Məktəbin açılması, vəziyyətlə tanışlıq isə bilavasitə nəqliyyat əlçatanlığının təmin olunmasına imkan verir. Eyni zamanda ölkədə regionlararası inteqrasiyanın təmin olunmasına imkan verir. Həm də logistik fəaliyyətin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Bu da təbii olaraq regionların inkişafına öz təsirini göstərir. Regionlararası inteqrasiya gücləndikcə regional…

Daha çox

MM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) 2. Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi 3. Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 4. Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat…

Daha çox