Azərbaycan Mərkəzi Bankının (AMB) Yevlax Ehtiyat və Biləsuvar Regional Mərkəzlərinə yeni rəhbər təyin edilib. SİA xəbər verir ki, bunlar, Fuad Hacıyev və Seymur Məmmədovdur. Onlar, bu vəzifələrdə müvafiq olaraq Ədalət Bayramov və Nəbi Rüstəmovu əvəzləyib. F.Hacıyev bundan əvvəl AMB-nin ləğv edilmiş Gəncə Regional Mərkəzinin, S.Məmmədov isə ləğv edilmiş Quba Regional Mərkəzinin rəhbəri olub.
Daha çoxDay: May 30, 2025
Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçilib
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının 30 may tarixində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna Azərbaycanın üzvlüyü 2025-2029-cu illəri əhatə edəcəkdir. Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma…
Daha çoxQarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı açıqlanıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” layihələrinin genişləndirilməsi çərçivəsində Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün yarımstansiya tikilir. SİA xəbər verir ki, bu barədə “AzərEnerji” ASC sədrinin müşaviri Vüqar Əliyev “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib. Onun sözlərinə görə, paralel olaraq “Nobel Energy” şirkəti tərəfindən 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə də start verilib. V. Əliyev qeyd edib ki, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 500 MVt-a yaxın hidroenerji və 300–400 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. O…
Daha çoxMilli Məclis gələn il İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına sədrlik edəcək
Milli Məclis 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına Parlament İttifaqına sədrlik edəcək. SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova qanunverici orqanın yaz sessiyası üzrə bugünkü son plenar iclasın sonunda məlumat verib. Qeyd edək ki, sədrlik Əlcəzairdən Azərbaycana keçəcək.
Daha çox“Üç qardaş ölkə gələcəyin aparıcı geosiyasi oyunçuları olmağa iddialıdır”
“Mayın 28-də — Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümündə, Azərbaycanın işğaldan azad edilmiş Laçın şəhərində açılmış hava limanının fonunda baş tutan tarixi görüş, bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü regionda sarsılmaz dostluq, sabitlik və güc rəmzinə çevrilməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, hər üç ölkənin dövlət başçısının bu tədbirdə iştirakı, təkcə simvolik deyil, eyni zamanda siyasi və strateji əhəmiyyətə malik konkret nəticələr doğuracaq tarixi hadisədir: “Əvvəlcə Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq münasibətləri, zamanla Pakistanın da bu əməkdaşlıq modelinə fəal şəkildə qoşulması ilə…
Daha çoxİyunda bəzi yerlərdə havanın orta aylıq temperaturu yüksək olacaq
Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində əksər bölgələrdə hava şəraiti əsasən yağmursuz keçsə də, lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr…
Daha çoxAzərbaycanda yemiş sahələrinin sığortalanmasına başlanılıb
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə yemiş (qovun) sahələrinin sığortalanmasına başlanılıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Aqrar Sığorta Fondunun həyata keçirilən mexanizm vasitəsilə, fermer və təsərrüfat sahibləri yemiş sahələrini çoxsaylı risklərdən qoruya bilərlər, bu zaman sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Azərbaycanda yemiş-qovun təqribən 5 min hektar ərazidə əkilir. Bu bitki ən çox Mil Muğan və Mərkəzi Aran regionlarında becərilir. Ölkədə yemişin ən çox əkildiyi rayon Saatlıdır. Bu rayonda əkin sahəsi 912 hektardır və ya ölkə üzrə bütün yemiş sahələrinin…
Daha çoxZakir Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxslərindən ibarət işçi qrupu tərəfindən hazırlanan yeni layihələri təqdim olunub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi nizamnamələrin yenilənməsi məqsədilə yaradılan işçi qrupunun fəaliyyəti və təqdim edilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir dövrün tələblərinə əsasən hazırlanan hərbi nizamnamələrin yeni layihəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, tətbiq edilən…
Daha çoxSOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı olub
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən “Neftqaztikinti” Trestinin Zığ tikinti-quraşdırma sahəsində qabaqcıl təcrübələrə uyğun inşa edilmiş “Yükqaldırma Təlim Poliqonu”nun açılışı keçirilib. SİA SOCAR-a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Ziba Mustafayevanın iştirak etdiyi tədbirdə “Siqnalçı”, “İlməkçi” və “Takelajçı” peşələri üzrə keçiriləcək təlimlərin poliqon ərazisinə baxış keçirilib. Burada istifadə edilən kran əməliyyatları, yükqaldırıcı avadanlıqlar və digər texniki imkanlar barədə məlumat verilib və praktiki təlimlər nümayiş etdirilib. Tədbir çərçivəsində, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik və insan kapitalının inkişafı sahəsində görülən işlərdən danışılıb, yükqaldırma əməliyyatlarında təhlükəsizliyin artırılması…
Daha çox“Laçın Beynəlxalq Hava Limanı Qarabağda inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır”
“Bildiyiniz kimi, iki gün öncə, Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı olmuşdur”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə qafarova Milli Məclisin plenar iclasında deyib. O bildirib ki, açılışda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan iştirak etmişlər: “Xatırladım ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır. Hesab edirəm ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru…
Daha çox