Milli Məclis bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklifi ilk oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində, eləcə də “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər ve ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əlde edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)…
Daha çoxDay: May 30, 2025
Azərbaycan sahibkarları dövlət qurumlarının İKT xidmətlərinin alışına dair siyasətindən narazıdır
Azərbaycanın dövlət qurumları İKT ilə bağlı xidmətləri və həlləri özəl sektordan tender yolu ilə almırlar. SİA Sahibkarlar (İşəgörürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir ki, iş adamları öz narazılıqlarını qurumun tərkibində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal Texnologiyalar üzrə komissiyanın iclasında bildirib. İclasda KOB-ların rəqəmsal transformasiyası və Milli texnoloji həllərin ixracı ilə bağlı proqramın təqdimatı və ölkəmizdə bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları maneə və çətinliklər müzakirə edilib. Komissiyanın sədri Elçin Əliyev “KOB-ların rəqəmsal transformasiyası və Milli texnoloji həllərin ixracı” ilə bağlı proqramı iştirakçılara təqdim edib. Proqramın KOB-lara yeni bazarlara çıxış…
Daha çoxMM yaz sessiyasında 65 qanun qəbul edib
Yaz sessiyasında Milli Məclisin 14 plenar iclası keçirilib, 65 qanun qəbul edilib. SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova qanunverici orqanın yaz sessiyası üzrə bugünkü son plenar iclasın sonunda məlumat verib. Sədr başa çatan sessiya ərzində hökumətin müxtəlif strukturlarının nümayəndələrinin Milli Məclisin və komitələrin iclaslarına dəvət olunduğu, qanun layihələrinin müzakirəsi zamanı onların rəylərinin dinlənildiyi, deputatların bir sıra mülahizə və təkliflərinin də icra orqanları tərəfindən nəzərə alındığı bildirib.
Daha çox26 mindən çox abonentin qazı olmayacaq
26 mindən çox abonentin qazı olmayacaq
Daha çoxAzərbaycan NATO-nun “Strateji kibermüharibə simulyasiyaları” təlimində təmsil olunub
Azərbaycan NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin rəhbər şəxslər üçün təşkil etdiyi “Strateji kibermüharibə simulyasiyaları” təlimində təmsil olunub. SİA Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bu, Xidmətin nümayəndə heyətinin iştirakı ilə mayın 27-30-da Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən kibermünaqişələr üzrə 17-ci beynəlxalq konfransı “CyCon 2025” çərçivəsində baş tutub. Tədbir çərçivəsində XRİTDX-nin əməkdaşları ilə NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin bir sıra nümayəndələri və yerli kibertəhlükəsizlik şirkətləri arasında görüşlər keçirilmişdir. Görüşlərdə cari ilin 9-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək “CIDC-2025” tədbiri, habelə kiberdiplomatiya, kibertəhlükəsizlik sahəsində təlimlərin təşkili və…
Daha çoxMilli Məclisin plenar iclası keçirilir
Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı. 2. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş). 3. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə…
Daha çox“Türkiyə və Pakistanla illik ticarətin dəyərinin 17 milyard dollara çatdırılması hədəflənir”
“Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələri daha da dərinləşdirmək üçün böyük potensial var”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib. Onun sözlərinə görə, iki ölkə arasında illik ticarətin dəyəri 20-30 milyon ABŞ dolları civarında olsa da, bu rəqəmi 2 milyard ABŞ dollarına qədər artırmaq hədəflənir: “Azərbaycan həm də Türkiyə ilə illik ticarətinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Bu da o deməkdir ki, iki qardaş dövlət olan Türkiyə və Pakistanla illik ticarətin…
Daha çoxMilli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyası üzrə bu gün keçirilən son plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. Deputatlar sədrin çıxışını alqışlarla qarşılayıb.
Daha çoxGöyərçin ətindən istifadə nə dərəcədə düzgündür?
“Azərbaycan diri göyərçinləri Türkmənistana, onun əti isə Belarusa ixrac olunur. Bu hal göyərçin ətinin həm ölkə daxilində, həm də beynəlxalq bazarda tələbat gördüyünü göstərir. Bir çox insanlar üçün göyərçin əti qeyri-adi və nadir bir qida kimi görünsə də, əslində bu ət növü bir çox ölkələrin mətbəxində qədim zamanlardan bəri istifadə olunur və qida dəyəri baxımından olduqca faydalı hesab edilir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, Misirdə göyərçin əti ilə hazırlanan “hamam mahshi” adlı yemək çox populyardır və bayram süfrələrinin əsas hissəsini təşkil edir:…
Daha çox“Orta Dəhliz regional əməkdaşlıq, ticarət və investisiyaları təşviq edir”
Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib. Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır: “Bu kommunikasiya Azərbaycanın regional tərəfdaşları, o cümlədən Türkiyə və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir. Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir”. E.Əliyev bildirib ki, Türkiyə ilə nəqliyyat-logistika…
Daha çox