“Dəymiş zərər 6 milyon manatdan çox olub”

“Müasir şəraitdə Azərbaycan Respublikasında kibertəhlükəsizlik məsələsi əsas yer tutur”. SİA xəbər verir ki, bu sözləri deputat Nizami Səfərov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, mütəşəkkil cinayətkar qruplar və şəxslər terrorçuluq, cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaq üçün bank strukturlarının fəaliyyətinə qarşı kiberdələduzluq əməllərinə əl atırlar: “Son dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlərin yayılması, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsi ilə külli miqdarda vəsaitlərin əldə olunması təcili təxirəsalınmaz tədbirlərin həyata…

Daha çox

Azərbaycanın Türkiyə şirkətlərinə verdiyi investisiya təşviqi sənədlərinin sayı

İndiyə qədər təsisçiləri Türkiyə vətəndaşları və yaxud şirkətləri olan 19 layihəyə investisiya təşviqi sənədi verilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib. Onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanda yaradılan münbit biznes mühitindən faydalanır: “Sözügedən sənədi əldə edən hüquqi şəxslər texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV və idxal gömrük rüsumlarından, habelə əmlak və torpaq vergiləri, eləcə də mənfəət və gəlir vergisinin 50%-nin ödənilməsindən azad edilir”. Nazir müavini əlavə edib ki,…

Daha çox

İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib. SİA xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Mixael Harmsla, həmçinin Almaniya biznes dairələri və şirkətlərinin nümayəndələri ilə görüşləri məmnunluqla xatırlandı, Almaniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əlaqələrimizin genişlənməsində rolu vurğulandı. Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişaf etdiyi bildirildi. Mixael Harmsın ölkəmizə səfərinin səmərəli olacağına və iqtisadi əməkdaşlıqla bağlı gündəliyimizin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə edildi. Qonaq bu gün qarşılıqlı iqtisadi layihələrlə bağlı AZPROMO…

Daha çox

May ayının sonu 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36°…

Daha çox

Azərbaycan Almaniya ilə “yaşıl enerji” əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan Almaniya ilə “yaşıl enerji” kursu çərçivəsində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıb. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. “Görüşdə alman şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı, Xəzər dənizindən Avropaya qədər uzanacaq Yaşıl Enerji Dəhlizi və bu infrastruktur vasitəsilə enerji tədarükü üzrə əməkdaşlıq perspektivlərini dəyərləndirdik”, – deyə P. Şahbazov bildirib.

Daha çox

“İslamofobiyaya qarşı mediada, beynəlxalq konfranslarda çıxışlarla cavab verməliyik”

“Bir neçə gün öncə Bakıda çox önəmli islamofobiya mövzusunda tədbir keçirildi”. SİA xəbər verir ki, bu sözləri deputat Tural Gəncəliyev Milli Məclisin plenar iclası zamanı deyib. O bildirib ki, özümüz buna məruz qalan xalqıq: “30 il ərzində Azərbaycanda məscidlər dağıdılmışdı. Xüsusilə də, universitetlərdə bu cür tədbirlər keçirilməsi, mediada mübarizə, saxta faktlar yayılması çox təhlükəlidir. Tarixi saxta faktlardan da istifadə etməklə müsəlmanlara nifrət yağdırırlar. Biz buna qarşı mediada, beynəlxalq konfranslarda çıxışlarla cavab verməliyik. Hər dəfə bu məsələlərlə bağlı öz etirazımızı bildirməliyik”.

Daha çox

İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Andrey Plenkoviçə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fəal siyasi dialoqumuz, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır. Hazırda Azərbaycan ilə Xorvatiya iqtisadi-ticari, humanitar, xüsusilə də minatəmizləmə sahələrində uğurla əməkdaşlıq…

Daha çox

Gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlər tətbiq oluna bilər

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniyanın London şəhərində keçirilən Naviqasiya, kommunikasiya və axtarış-xilasetmə üzrə Alt Komitəsinin (NCSR) 12-ci sessiyasında gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi müzakirə olunub. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə istinadən xəbər verir. Məlumata görə, beynəlxalq tədbirdə Azərbaycanı Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev təmsil edib. Sessiya çərçivəsində texniki və normativ məsələlər müzakirə edilib və müvafiq qərarlar, tövsiyələr hazırlanaraq təqdim olunub. Beynəlxalq tədbirdə gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi, GPS və digər peyk…

Daha çox

Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır

“Gecə Muzeyləri” layihəsi yeni mövsümə start verir – tarix indi işıqlar altında canlanır Türkiyə öz zəngin mədəni irsini artıq yalnız gündüz saatlarında deyil, gecələr də ziyarətçilərin üzünə açır. SİA xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən və keçən il böyük maraqla qarşılanan “Gecə Muzeyləri” layihəsi iyun ayında yeni mövsümə başlayır. Layihə çərçivəsində İzmirdəki Efes, Denizlidəki Hierapolis (Pamukkale) kimi əhəmiyyətli tarixi məkanları 395 mindən çox insan ziyarət edib. Bu yay isə ölkə üzrə 25 tarixi abidə işıqlandırılaraq gecə saatlarınadək açıq olacaq. Bu təşəbbüs, tarix və turizmi daha əlçatan…

Daha çox