1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İctimai Televiziya və Radio Yayımları Şirkətində bayram tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, şirkətdən bildirilib ki, İctimai Televiziyanın həyətində baş tutan tədbirdə əməkdaşların 4-14 yaşarası övladları iştirak ediblər. Rəngarəng oyunlar, maraqlı səhnəciklər, şən musiqilər və sürprizlərlə zəngin proqram uşaqların sevincinə səbəb olub. Tədbirdə balacalara xüsusi hədiyyələr təqdim olunub, müxtəlif əyləncə guşələri qurulub və animatorların iştirakı ilə interaktiv fəaliyyətlər təşkil edilib. 4-8 yaşarası uşaqlar tədbirə valideyn müşayiəti ilə qatılıblar, bu isə ailələr üçün də əsl bayram ab-havası yaradıb.
Bununla da bir daha vurğulanıb ki, uşaqlar bizim gələcəyimizdir və onların rifahı üçün atılan hər bir addım cəmiyyətin sabahı naminə edilən ən dəyərli sərmayədir.