Mayın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub. SİA xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığının gündəliyində müxtəlif ölçülər üzrə yer alan ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunaraq, gələcək təmaslar, o cümlədən Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq işlərinə dair fikir mübadiləsi aparılıb.…
Daha çoxDay: May 31, 2025
Almaniya Ukraynanı atəşi dayandırmağa və Rusiyaya tabe olmağa çağırır
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın şərtlərini qəbul etmək və atəşi dayandırmaq üçün Ukraynaya təsir göstərməlidir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu çağırışla Almaniyanın “Sara Vaqenknext Ağıl və Ədalət Birliyi” (BSW) partiyasının lideri Sara Vaqenknext çıxış edib. …Əlbəttə, atəşkəs zamanı silah tədarükü dayandırılmalıdırğ, – alman siyasətçisi vurğulayıb. Bundan əvvəl Vaqenknext bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri və Almaniya kansleri Fridrix Merzlə görüşü onun ciddi sülh danışıqları aparmaq istəmədiyini göstərib. Nazlı Almuradova
Daha çoxLatviyada “Konstitusiya və Suverenlik İli” çərçivəsində konsert keçirilib
Latviyanın Siqulda şəhərinin tanınmış “Siquldas Devons” mədəniyyət mərkəzində Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi münasibətilə konsert təşkil edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, səfirliyin dəstəyi ilə keçirilən tədbirdə Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze, Siqulda bələdiyyə şurasının sədri Linards Kumskis, yerli ictimai və mədəniyyət təmsilçiləri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 2025-ci ildə Azərbaycanda “Konstitusiya və…
Daha çoxRusiya ralli çempionatında sürücü qəza törədib
Rusiya ralli çempionatının Puşkin təpələri mərhələsində sürücü qəza törədib. SİA-nın məlumatına görə, bu barədə turnirin promouteri ASMG öz saytında məlumat yayıb. Pskov vilayətində yürüşün dördüncü xüsusi mərhələsində 35 saylı ekipajın şturmanı Nikita Severyuxin avtomobili trasdan çıxaraq qəzaya uğrayıb. Ekipajın pilotu Konstantin Tarasov xəsarət almayıb. “Yarış direktoru çempionatın və Rusiya kubokunun promouteri ASMG və aparıcı komandalarla birgə məsləhətləşmələrdən sonra Puşkin təpələri – 2025 rallisini dayandırmaq və qalan xüsusi mərhələləri ləğv etmək qərarına gəlib”, – məlumatda deyilir. 41 yaşlı Severyuxin 2025-ci ildə idman ustası adını alıb. Nazlı Almuradova
Daha çoxİctimai Televiziyada uşaqlara həsr olunmuş unudulmaz gün!
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İctimai Televiziya və Radio Yayımları Şirkətində bayram tədbiri keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, şirkətdən bildirilib ki, İctimai Televiziyanın həyətində baş tutan tədbirdə əməkdaşların 4-14 yaşarası övladları iştirak ediblər. Rəngarəng oyunlar, maraqlı səhnəciklər, şən musiqilər və sürprizlərlə zəngin proqram uşaqların sevincinə səbəb olub. Tədbirdə balacalara xüsusi hədiyyələr təqdim olunub, müxtəlif əyləncə guşələri qurulub və animatorların iştirakı ilə interaktiv fəaliyyətlər təşkil edilib. 4-8 yaşarası uşaqlar tədbirə valideyn müşayiəti ilə qatılıblar, bu isə ailələr üçün də əsl bayram ab-havası yaradıb. Bununla da…
Daha çoxDeputat Rusiyayönümlü mövqeyinə görə vəzifəsindən uzaqlaşdırılıb
…Finlandiyanın Lappeenranta şəhər şurasının üzvü, Sol Qüvvələr Birliyi fraksiyasından olan İvan Devyatkin Rusiyayönlü mövqeyinə görə vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, bu barədə Yle teleradio şirkəti bildirib. Qeyd olunur ki, Rusiya ilə Finlandiya arasında sərhədin bağlanmasının əleyhinə olan deputatın vəzifəsindən azad edilməsinə formal səbəb onun fraksiya iclasında səsini ucaldan zaman qeyri-adekvat davranışı olub. …Mən buna görə üzr istədim və fraksiya bunu qəbul etdi: “Etiraf edirəm ki, səsimi ucaltmaqda səhv etmişəm”, – Devyatkin üzr istəyib və qeyd edib ki, ona konkret olaraq hansı cinayət törətdiyi barədə heç vaxt məlumat verilməyib. Bundan…
Daha çoxBu müharibədə əsas məqam var…
Ukrayna ona nəzarəti bərpa etməlidir… …ABŞ-ın Avropadakı keçmiş komandanı, general Ben Hodges əmindir ki, müvəqqəti olaraq rus qoşunları tərəfindən işğal edilmiş Krım Rusiyanın Ukraynaya qarşı müharibəsində “həlledici ərazidir”. SİA-nın məlumatına görə, onun sözlərinə görə, Krımı Kerç boğazı vasitəsilə Rusiya ilə birləşdirən qanunsuz tikilmiş Kerç körpüsü Ukrayna Müdafiə Qüvvələri üçün mühüm hədəf olaraq qalmalıdır. Bu barədə amerikalı general “Apostrof” nəşrinə müsahibəsində bildirib. Onun fikrincə, Krım ruslar üçün ələ keçirilən ərazilərdən ən vacibi olaraq qalır, çünki bu, onlara Qara dənizdə hökmranlıq etməyə imkan verir. …Biz onun Baş Qərargahın…
Daha çoxUşaqlar üçün sosial xidmət müəssisəsində tədbir təşkil olunub
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 1 saylı sosial xidmət müəssisəsində tədbir keçirilib. SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə həmin müəssisə ilə yanaşı, Agentliyin Uşaq evi sosial xidmət müəssisələrinin uşaqları və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin azyaşlı benefisiarları iştirak ediblər. Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların dövlət qayğısı ilə əhatə olunması, reabilitasiyası və sosial…
Daha çoxMiqrant etirazlarının mümkün təhrikçilərindən danışılıb…
…Milli Antikorrupsiya Komitəsinin sədri və Rusiya Prezidenti yanında Şuranın üzvü Kirill Kabanov akademik Andrey Fursovun Moskvada miqrantların kütləvi etiraz aksiyaları keçirməsi riski ilə bağlı narahatlığını şərh edib. SİA-nın məlumatına görə, o, Britaniya kəşfiyyat xidmətlərinin miqrant qrupları ilə əməkdaşlıq etdiyini bildirib. …İngilislər miqrantlardan stabilliyi pozmaq və terror aktları təşkil etmək üçün istifadə edir… Kabanov bununla bağlı “Crocus City” partlayışlarına istinad edir. Onun sözlərinə görə, Qərb radikal islam təşkilatlarının arxasında gizlənərək, daxili təhlükəsizliyi pozmaq və 5-6 il ərzində bir neçə regionda hakimiyyəti ələ keçirmək ehtimalı ilə Rusiyaya miqrant axınını stimullaşdırır. Bu barədə…
Daha çoxTürkiyədən və Gürcüstandan olan din xadimləri Ağdama səfər ediblər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Şuşa şəhərindən sonra Ağdama gəliblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar. Din xadimləri sonra Ağdam şəhər Cümə…
Daha çox