Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç karvanı çatıb. SİA xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə – 153 nəfər köçürülüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla kəndə cəmi 89 ailə (363 nəfər) köçürülüb.
Daha çoxDay: May 31, 2025
Apreldə “Duty Free”də Dubay şokoladının satışı 8 milyon dollar təşkil edib
Dubayda rüsumsuz ticarət mağazasında (Duty Free) aprel ayında məşhur Dubay şokoladının satışı 7,84 milyon dollar təşkil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəbəkənin saytında məlumat verilib. “Apreldə Dubay şokoladının satışları 7,84 milyon dollara çatıb ki, bu da gündə 274 min dollar deməkdir”, – məlumatda qeyd olunub. Ötən ay bütün məhsulların ümumi satış məbləği 195,4 milyon dollar təşkil edib. Apreldə 14,97 milyon dollar xərcləyərək ən fəal alıcılar arasında ikinci yeri tutan rusiyalılar yalnız Hindistan vətəndaşlarından (19,76 milyon dollar) geri qalıblar. Növbəti pillələrdə Səudiyyə Ərəbistanı (14,03 milyon dollar),…
Daha çoxTürkiyə və Gürcüstan din xadimləri Şuşa şəhəri ilə tanış olub, tarixi məkanları ziyarət edib
Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhəri ilə tanış olub, tarixi məkanları ziyarət ediblər. SİA xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər. Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin…
Daha çoxAzərbaycan bu il meyvə-tərəvəz ixracından 207 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 206 milyon 682,37 min ABŞ dolları dəyərində 175 min 321,83 ton meyvə və tərəvəz ixrac edilib. SİA Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,1 dəfə, həcmi isə 17,2 % artıb. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 21,75 % təşkil edir. Apreldə isə ölkədən 53 milyon 700,87 min ABŞ dolları məbləğində 43 min 374,13 ton meyvə və tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 12,4 %…
Daha çoxAzərbaycan səfiri Keniyanın müvafiq qurumu ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Joys Sitienei ilə görüşüb. SİA xəbər verir ki, Beynəlxalq Mərkəzin iqamətgahında baş tutmuş görüş zamanı səfir tərəfindən xanım direktora səfirliyin fəaliyyət tarixçəsi, ölkənin Ulu Öndər Heydər Əliyev siyasi kursuna əsaslanan inkişaf yolu, dövlət başçısının rəhbərliyi altında uğurla davam etdirilən Azərbaycanın keçmiş məcburi köçkünlərinin məskunlaşdırılması üzrə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Proqram” haqqında məlumat verilib. Səfir ölkənin Ermənistanın 30 illik işğalı nəticəsində dünyada minalarla ən çox çirklənmiş ölkələrdən…
Daha çoxMüstəqilliyin və Milli Birliyin Zirvəsi
2025-ci il 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində keçirilən Müstəqillik Günü tədbirində çıxış etdi. Bu çıxış, Azərbaycanın dövlət müstəqilliyinin gücünü, ərazi bütövlüyünün bərpasını və gələcəyə doğru inamla atılan addımları əks etdirən tarixi bir hadisə kimi yadda qaldı. Laçın şəhərinin bu tədbir üçün seçilməsi təsadüfi deyildi. 30 ilə yaxın işğal altında qalmış Laçın, 2020-ci ilin Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin nəzarətinə qaytarılıb. Prezident Əliyev çıxışında bu faktın xüsusi rəmzi mənasını vurğulayaraq, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında bir sıra mühüm məsələlərə…
Daha çoxKürdə suyun səviyyəsi 23 sm, Arazda 37 sm artıb
Böyük Qafqaz ərazisindən axan Əyriçayda 3 sm, Qudiyalçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 3 sm, Kür-Bankədə 2 sm, Araz çayının yuxarı axınında isə 37 sm artım qeydə alınıb. Bu barədə SİA-ya Milli Hidrometeologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 505 m3/san olmaqla normanın 73%-ni təşkil edir.
Daha çoxSabah 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti,…
Daha çoxAzərbaycanda 47 uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə 47 uşaq himayədar ailələrə verib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq dövlət qurumu ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. Qeyd olunub ki, himayədar ailələrə verilən uşaqlardan 18-i oğlan, 29-u qızdır. Həmin 47 uşaqdan 25-i hazırda Bakı şəhərində, 22-i rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 1, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1 ailə) ailələrdə…
Daha çoxAzərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb
Ədliyyə naziri Fərid Əhmədov Özbəkistana səfəri çərçivəsində Özbəkistanın ədliyyə naziri Akbar Taşkulovla görüşüb. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında əsrlər boyu davam edən dostluq və qardaşlıq münasibətlərinin bu gün də uğurla inkişaf etdiyi qeyd olunub, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mühüm rolu xüsusi vurğulanıb. Nazirlər iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlər arasında sahə üzrə uğurlu çoxtərəfli əməkdaşlıq əlaqələrinin…
Daha çox